https://sputnik.az/20220624/yasat-fonduna-ne-qeder-vesait-toplanib-ve-hara-xerclenib-443277254.html
YAŞAT Fonduna nə qədər vəsait toplanıb və hara xərclənib?
YAŞAT Fonduna nə qədər vəsait toplanıb və hara xərclənib?
Sputnik Azərbaycan
Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatında indiyədək Fonda 73 milyondan artıq vəsaitin yığıldığını deyib. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T13:02+0400
2022-06-24T13:02+0400
2022-06-24T13:02+0400
yaşat fondu
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_90:0:1770:945_1920x0_80_0_0_d3cf15c7be152b3fac8efe6d56289a9d.jpg
BAKI, 24 iyun — Sputnik. Bu günə qədər "YAŞAT" Fonduna 73 milyon 781 min manatdan çox vəsait toplanıb.Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatında deyib.O qeyd edib ki, toplanan vəsaitin 61 milyon manatı xərclənib: "İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5599 nəfərdir".Xatırladaq ki, bir neçə həftə öncə bir qrup Qarabağ qazisi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayətçi olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq onların suallarını cavablandırıb.F.Talıbov bildirib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır: "Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir.O qeyd edib ki, onların problemləri mütəmadi şəkildə həll olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_300:0:1560:945_1920x0_80_0_0_9aac84ce0f1b0949c080a69d46e30c42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaşat fondu
YAŞAT Fonduna nə qədər vəsait toplanıb və hara xərclənib?
Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatında indiyədək Fonda 73 milyondan artıq vəsaitin yığıldığını deyib.
BAKI, 24 iyun — Sputnik. Bu günə qədər "YAŞAT" Fonduna 73 milyon 781 min manatdan çox vəsait toplanıb.
Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatında deyib.
O qeyd edib ki, toplanan vəsaitin 61 milyon manatı xərclənib: "İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5599 nəfərdir".
Xatırladaq ki, bir neçə həftə öncə bir qrup Qarabağ qazisi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.
Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayətçi olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq onların suallarını cavablandırıb.
F.Talıbov bildirib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır: "Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir.
O qeyd edib ki, onların problemləri mütəmadi şəkildə həll olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.