CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itlər cəlb edilib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)İtkin düşən Hindistan vətəndaşının axtarışı
İtkin düşən Hindistan vətəndaşının axtarışı - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Zaqatala rayonunda itkin düşmüş şəxsin tapılması üçün təyin olunan mükafatın məbləği 25000 manatdır.
BAKI, 24 iyun — Sputnik. Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.
Qeyd edək ki, mayın 17-də Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.
İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
Məlumat üçün qeyd edək ki, Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb. Manikanth Kondaveetini tapan şəxsə 25000 manat pul mükafatı veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0