CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeyxülislam Vyanada dinlərarası və mədəniyyətlərarası dialoqa dair tədbirdə iştirak edib

© Sputnik / Murad OrujovAllahşükür Paşazadə, arxiv şəkli
Allahşükür Paşazadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Bütün Qafqazın şeyxi böyük Zəfərdən sonra yaranan yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqazdakı rolu və sair məsələlərə toxunub.
BAKI, 24 iyun - Sputnik. Vyanada KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurası və Məşvərət Şurasının birgə iclası keçirilib. Bu barədə Azərtac xəbər yayıb.
Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Direktorlar Şurasının üzvü qismində iclasda iştirak edib.
İclasdan öncə KAİCİİD Beynəlxalq Mərkəzinin media departamentinə müsahibə verən QMİ sədri təşkilatın perspektivlərindən onun hazırkı mənzil-qərargahının Vyanadan Lissabona köçürülməsi məsələlərindən danışıb.
Şeyxülislam Allahşükür Paşazadə müsahibədə Azərbaycanın dinlərarası dialoqa, sülh və əməkdaşlığa hər zaman açıq olduğunu qeyd edib.
İclasda natiqlər KAİCİİD-in qərargahının Vyanadan Lissabona köçürülməsi barədə fikir mübadiləsi aparıblar, daha sonra müxtəlif dini konfessiyaları özündə birləşdirən təşkilatın yeni fəaliyyət proqramı elan olunub.
İclasda çıxış edən Bütün Qafqazın şeyxi təşkilatın fəaliyyət proqramı ilə yanaşı, böyük Zəfərdən sonra yaranan yeni reallıqlar, Azərbaycanın Cənubi Qafqazdakı rolu, sülh, dinlərarası dialoq çağırışlardan danışıb.
Qeyd edək ki, KAİCİD Dialoq Mərkəzi 2012-ci ildə Səudiyyə Ərəbistanı, Avstriya və İspaniya tərəfindən Roma Papası ilə Səudiyyə Ərəbistanı Kralının təşəbbüsü əsasında təsis olunub. Təşkilatın əsas prinsipləri dilindən, dinindən, cinsindən asılı olmayaraq, insanların hüquq və azadlıqlarının qorunması üzərində qurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0