Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şənbə gününün hava proqnozu: 37 dərəcə isti olacaq

© AFP 2023 / BARBARA GINDL / APA / AFPHava
Hava  - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Hidrometeoroloqlar ayın son günləri respublika ərazisində havanın küləkli olacağını bildirirlər.
BAKI, 24 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 25-də hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.
Xidmətdən verilən məlumatda həmçinin bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0