https://sputnik.az/20220624/sahibe-qafarova-turkpa-nin-sura-iclasinda---foto-443311582.html
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında - FOTO
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında - FOTO
Sputnik Azərbaycan
TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların... 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T18:16+0400
2022-06-24T18:16+0400
2022-06-24T18:16+0400
milli məclis
siyasət
sahibə qafarova
türk
dövlət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_0:40:1500:884_1920x0_80_0_0_53e2e884b48794abe6a91ee58d8a74f4.jpg
BAKI, 24 iyun — Sputnik. Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 11-ci iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib.Həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən spiker qeyd edib ki, bu da TÜRKPA çərçivəsində əməkdaşlığın səviyyəsinin mühüm göstəricisidir. O, iclaslarda aparılacaq fikir mübadiləsinin və qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.Azərbaycan Milli Məclisinin TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verdiyini deyən Sahibə Qafarova əlavə edib ki, parlamentimiz bu istiqamətdə öz hərtərəfli dəstəyini əsirgəmir.Milli Məclisin sədri qeyd edib ki, ötən dövr ərzində üzv parlamentlərimiz arasında əməkdaşlıq daha da inkişaf edib. TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması, seçki və referendum müşahidə missiyalarının təşkili, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz səmərəli əməkdaşlığımızın mühüm göstəriciləridir.Çıxışında Azərbaycan parlamentinin sədri xatırladıb ki, 10-cu plenar iclasdan ötən dövr ərzində Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində TÜRKPA-nın komissiya iclası, seminarı, konfrans və görüşləri keçirilib.Digər tərəfdən, üzv parlamentlərin nümayəndələri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Azərbaycanın mədəniyyətinin paytaxtı, 2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" Şuşa şəhərinə səfər ediblər.Qardaş ölkələrimizin parlament üzvləri Ermənistanın işğalı dövründə törədilmiş vəhşiliklərin və dağıntıların şahidi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.Milli Məclisin sədri əmin olduğunu bildirib ki, Assambleyanın tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına dəyərli töhfələrini davam etdirməsi naminə birgə səylərimizi bundan sonra da əsirgəməyəcəyik.Şura iclasında həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov və Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildiriblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443311145_135:0:1366:923_1920x0_80_0_0_96744ea502f053cce47d9461b42ab6a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, sahibə qafarova, türk, dövlət
milli məclis, sahibə qafarova, türk, dövlət
Sahibə Qafarova TÜRKPA-nın Şura iclasında - FOTO
TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması əməkdaşlığımızın mühüm göstəriciləridir.
BAKI, 24 iyun — Sputnik. Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 11-ci iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib.
Həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu deyən spiker qeyd edib ki, bu da TÜRKPA çərçivəsində əməkdaşlığın səviyyəsinin mühüm göstəricisidir. O, iclaslarda aparılacaq fikir mübadiləsinin və qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan Milli Məclisinin TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verdiyini deyən Sahibə Qafarova əlavə edib ki, parlamentimiz bu istiqamətdə öz hərtərəfli dəstəyini əsirgəmir.
Milli Məclisin sədri qeyd edib ki, ötən dövr ərzində üzv parlamentlərimiz arasında əməkdaşlıq daha da inkişaf edib. TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması, seçki və referendum müşahidə missiyalarının təşkili, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz səmərəli əməkdaşlığımızın mühüm göstəriciləridir.
Çıxışında Azərbaycan parlamentinin sədri xatırladıb ki, 10-cu plenar iclasdan ötən dövr ərzində Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində TÜRKPA-nın komissiya iclası, seminarı, konfrans və görüşləri keçirilib.
Digər tərəfdən, üzv parlamentlərin nümayəndələri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Azərbaycanın mədəniyyətinin paytaxtı, 2023-cü ildə "Türk Dünyasının Mədəniyyət Paytaxtı" Şuşa şəhərinə səfər ediblər.
Qardaş ölkələrimizin parlament üzvləri Ermənistanın işğalı dövründə törədilmiş vəhşiliklərin və dağıntıların şahidi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.
Milli Məclisin sədri əmin olduğunu bildirib ki, Assambleyanın tarixi, mədəni və mənəvi köklərlə bir-birinə bağlı olan xalqlarımızın və ölkələrimizin ortaq maraqlarına dəyərli töhfələrini davam etdirməsi naminə birgə səylərimizi bundan sonra da əsirgəməyəcəyik.
Şura iclasında həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov və Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.