CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazilər üçün müvafiq psixoloji yardım sistemi yaradılmalıdır - Deputat

© Photo : Ministry of Labour and Social Protection of the Population (Azerbaijan)Müharibə əlili
Müharibə əlili  - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Millət vəkili qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlərin daha da güclənməsinin vacibliyini dilə gətirib.
BAKI, 24 iyun — Sputnik. "Vətən müharibəsi veteranlarının müavinətlərinin artırılması arzuolunan məsələdir". Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
© Photo : APAAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Asim Mollazadə
Deputat bu istiqamətdə müəyyən qərarın verilməsinin müsbət hal olacağını qeyd edib:
"Doğrudur, qazilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ciddi işlər görülür. Bu işlərin daha da güclənməsi, genişlənməsi çox vacibdir."
Daha sonra millət vəkili qazilərə psixoloji dəstəklə bağlı qərarların verilməsi üçün maliyyə ayrılması məsələsinə toxunub:

"Buna çox ciddi fikir verilməlidir. Bilirsiniz ki, müharibədən sonra qazilərdə psixoloji sindromlar müəyyən edilir. Buna görə də Azərbaycanda qazilər üçün müvafiq psixoloji yardım sistemi yaradılmalıdır".

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi veteranlarına aylıq 80 manat Prezident təqaüdü verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0