SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Postmünaqişə dövründə nizamlanma” ifadəsi Yerevan üçün növbəti siqnaldır - Politoloq

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Andrey Petrovun fikrincə, ruaiyalı nazirin dedikləri ATƏT-in Minsk Qrupu formatında hər hansı vasitəçilik işindən söhbət gedə bilməyəcəyinə dəlalət edir.
BAKI, 24 iyun - Sputnik. Lavrov və Bayramovun bugünkü danışıqlar ərəfəsində və onun nəticələri əsasında verdiyi bəyanatlar müharibədən sonrakı Ermənistan-Azərbaycan nizamlanmasına yanaşmalarında Rusiya ilə Azərbaycanın razılığını nümayiş etdirib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Rusiyalı politoloq Andrey Petrov deyib.

“Rusiyalı nazirin “postmünaqişə dövründə nizamlanma” ifadəsini işlətməsi də onu göstərir ki, Moskva Bakının mövqeyini təsdiqləyir: Ermənistanla Azərbaycan arasında münaqişə həqiqətən də başa çatıb və iki dövlət arasında qarşıdurmaya geriyə yol yoxdur. Beləliklə, Rusiya tərəfi Yerevanın vəziyyəti ATƏT-in Minsk qrupunun keçmiş formatında həll edilməli olan münaqişə kimi təqdim etmək cəhdlərini rədd edir”, - deyə Petrov bildirib.

Ekspertin qənaətinə görə, Lavrov bir daha qeyd edib ki, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunda Rusiya ilə əlaqə saxlamaqdan imtina edir və ona görə də bu formatda hər hansı vasitəçilik işindən sadəcə olaraq söhbət gedə bilməz - bu, Qərb həmsədrləri tərəfindən ləğv edilib.
© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

“Ona görə də bugünkü danışıqlarda bu mövzu hətta gündəmə gətirilməyib. Nazirlər sərhədin delimitasiyası ilə bağlı Rusiyanın məsləhətçi dəstəyi ilə hazırkı Azərbaycan-Ermənistan ikitərəfli formatında fəaliyyətləri, kommunikasiyaların açılması ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatını müzakirə ediblər. Bu, Bakı ilə yalnız Qərb vasitəçiləri vasitəsilə əlaqə saxlamaq tələbinə cavab olaraq Yerevana növbəti siqnal idi”, - deyə mütəxəssis izah edib.

Eyni zamanda, Petrov qeyd edib ki, Ermənistan-Azərbaycan gündəliyinin hər üç əsas məsələsi - kommunikasiyaların açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin imzalanması üzrə - Rusiya və Azərbaycan ilkin olaraq həmrəy idi.
“Əslində, indi bütün vəziyyət Ermənistanı daha fəal şəkildə stimullaşdırmağa, ən əsası isə bəyanatlar verməkdən və eyni zamanda müasir gündəmi keçmiş tələblərlə bulandırmağa çalışmaqdansa, praktiki olaraq bu məsələlərin həllinə yönəlib. Sergey Lavrovun sözlərinə görə, kommunikasiyaların açılması məsələsində müəyyən irəliləyiş var, lakin Yerevan hələ yolların çəkilişinə başlamadığı üçün nədən danışa biləcəkləri hələ bəlli deyil”, - deyə Petrov davam edib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, danışıqlar üçün hər cür şərait yaradıldığından, komissiyaların formatı ikitərəfli olduğundan, Ermənistan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsində vasitəçilərlə təmaslardan əl çəkə bilməyəcək. Rusiya bütün lazımi xəritələri verməyə hazırdır.
“Sergey Lavrovun Bakıya səfərinin nəticələrinin Yerevana birmənalı siqnal verməsi vacibdir: Rusiya Ermənistan-Azərbaycan münasibətlərini elə Azərbaycan qədər və eyni ruhda normallaşdırmaq istəyir, ona görə də Ermənistan adi çaşqınlıq yaratmaq siyasətindən əl çəkib işə başlamalıdır. Müharibədən sonrakı proseslərdə Moskva Bakının regionda real sülhə nail olmaq istəyini dəstəkləyir”, - deyə politoloq yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0