https://sputnik.az/20220624/maliyye-naziri-qdtb-i-qarabagda-biznes-layihelerine-destek-vermeye-cagirib-443281375.html
Maliyyə naziri QDTİB-i Qarabağda biznes layihələrinə dəstək verməyə çağırıb
Maliyyə naziri QDTİB-i Qarabağda biznes layihələrinə dəstək verməyə çağırıb
Sputnik Azərbaycan
Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T16:58+0400
2022-06-24T16:58+0400
2022-06-24T16:58+0400
maliyyə
iqtisadiyyat
samir şərifov
maliyyə naziri samir şərifov
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586026_0:152:3072:1880_1920x0_80_0_0_92112473a412dd0813093644f98c3fd0.jpg
BAKI, 24 iyun — Sputnik. Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumu keçirilir.Tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin özəl sektorun nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes forumu "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" mövzusuna həsr olunub.Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.Maliyyə naziri Samir Şərifov deyib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb. Bununla yanaşı, QDTİB yerli bazarların inkişafında da fəal iştirak edir.Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələnməsi, sahibkarlara dəstəyin göstərilməsi, onlara güzəştli kreditlərin verilməsi və s. tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.S.Şərifov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə 30 illik erməni işğalına son qoyaraq ərazilərini azad etdi. Bu gün Cənubi Qafqaz regionunda sülhün və tərəfdaşlığın təmin edilməsində Azərbaycan tərəfindən əməli addımlar atılır. Müharibə bitdikdən dərhal sonra Azərbaycan öz maliyyə imkanları hesabına bərpa və quruculuq işlərinə başladı."Ötən il və cari ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manatdan artıq vəsait ayrılıb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində beynəlxalq təşkilatların və QDTİB-in iştirakını zəruri hesab edirik. Bankı Qarabağda və Şərqi Zəngəzurda yerli biznes layihələrinə dəstək verməyə dəvət edirik”, - deyə nazir bildirib.İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.Nazir müavini qeyd edib ki, ölkəmiz ötən il nəzərəçarpacaq nailiyyətlər əldə edib və bu tendensiya bu il də davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586026_291:0:3022:2048_1920x0_80_0_0_8f9214a8f87068d456c8c19f36b6622a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maliyyə, samir şərifov, maliyyə naziri samir şərifov
maliyyə, samir şərifov, maliyyə naziri samir şərifov
Maliyyə naziri QDTİB-i Qarabağda biznes layihələrinə dəstək verməyə çağırıb
Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb.
BAKI, 24 iyun — Sputnik. Bakıda Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumu keçirilir.
Tədbirdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin özəl sektorun nümayəndələri və digər rəsmi şəxslər iştirak edirlər.
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes forumu "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" mövzusuna həsr olunub.
Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.
Maliyyə naziri Samir Şərifov deyib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit ayırıb. Bununla yanaşı, QDTİB yerli bazarların inkişafında da fəal iştirak edir.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələnməsi, sahibkarlara dəstəyin göstərilməsi, onlara güzəştli kreditlərin verilməsi və s. tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan QDTİB ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
S.Şərifov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə 30 illik erməni işğalına son qoyaraq ərazilərini azad etdi. Bu gün Cənubi Qafqaz regionunda sülhün və tərəfdaşlığın təmin edilməsində Azərbaycan tərəfindən əməli addımlar atılır. Müharibə bitdikdən dərhal sonra Azərbaycan öz maliyyə imkanları hesabına bərpa və quruculuq işlərinə başladı.
"Ötən il və cari ildə işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard manatdan artıq vəsait ayrılıb. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində beynəlxalq təşkilatların və QDTİB-in iştirakını zəruri hesab edirik. Bankı Qarabağda və Şərqi Zəngəzurda yerli biznes layihələrinə dəstək verməyə dəvət edirik”, - deyə nazir bildirib.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Nazir müavini qeyd edib ki, ölkəmiz ötən il nəzərəçarpacaq nailiyyətlər əldə edib və bu tendensiya bu il də davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.