https://sputnik.az/20220624/macaristan-rusiyaya-qarsi-yeni-sanksiyalarin-eleyhinedir---orban-443326142.html
Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir - Orban
Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir - Orban
Sputnik Azərbaycan
Macarıstanın baş naziri deyib ki, yeni sanksiyalar Avropada iqtisadi vəziyyəti isə daha da pisləşdirəcək. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T22:03+0400
2022-06-24T22:03+0400
2022-06-24T22:03+0400
macarıstan
dünya xəbərləri
prezident
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440769624_0:273:3072:2001_1920x0_80_0_0_475e57e27a5f19d02bea852cf4d33fa7.jpg
BAKI, 24 iyun — Sputnik. Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləmir, çünki hesab edir ki, onlar Ukraynada sülhün bərqərar olmasına kömək etməyəcək və Avropada iqtisadi vəziyyəti daha da pisləşdirəcək.Bunu cümə günü Brüsseldə davam edən Aİ sammitində iştirak edən Macarıstanın baş naziri Viktor Orban deyib."İndi yeni sanksiyalar deyil, sülh lazımdır, çünki müharibə inflyasiyasının yeganə dərmanı sülhdür. Biz sülhə "hə", gələcək sanksiyalara isə "yox" deyirik", - deyə Orban Facebook* səhifəsindəki videomüraciətində bildirib .Cümə günü, Aİ-nın Brüsseldə keçirilən sammitinin ikinci günündə onun iştirakçıları Avropanın maliyyə-iqtisadi vəziyyətini, o cümlədən sanksiyaların nəticələrini, enerji təchizatı ilə bağlı problemləri və inflyasiyanın qarşısının alınmasını müzakirə etməyi planlaşdırırlar.Onlar Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyaları qəbul etmək fikrində deyillər.* Rusiya Federasiyasında ekstremist kimi tanınan Meta korporasiyasına məxsus olduğu üçün Rusiyada qadağan olunubDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/04/440769624_13:0:2744:2048_1920x0_80_0_0_5883e7bf05f971e049dd339ece0ef038.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
macarıstan, prezident, rusiya
macarıstan, prezident, rusiya
Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların əleyhinədir - Orban
Macarıstanın baş naziri deyib ki, yeni sanksiyalar Avropada iqtisadi vəziyyəti isə daha da pisləşdirəcək.
BAKI, 24 iyun — Sputnik. Macarıstan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləmir, çünki hesab edir ki, onlar Ukraynada sülhün bərqərar olmasına kömək etməyəcək və Avropada iqtisadi vəziyyəti daha da pisləşdirəcək.
Bunu cümə günü Brüsseldə davam edən Aİ sammitində iştirak edən Macarıstanın baş naziri Viktor Orban deyib.
"İndi yeni sanksiyalar deyil, sülh lazımdır, çünki müharibə inflyasiyasının yeganə dərmanı sülhdür. Biz sülhə "hə", gələcək sanksiyalara isə "yox" deyirik", - deyə Orban Facebook* səhifəsindəki videomüraciətində bildirib .
Cümə günü, Aİ-nın Brüsseldə keçirilən sammitinin ikinci günündə onun iştirakçıları Avropanın maliyyə-iqtisadi vəziyyətini, o cümlədən sanksiyaların nəticələrini, enerji təchizatı ilə bağlı problemləri və inflyasiyanın qarşısının alınmasını müzakirə etməyi planlaşdırırlar.
Onlar Ukraynadakı hadisələrə görə Rusiyaya qarşı yeni sanksiyaları qəbul etmək fikrində deyillər.
* Rusiya Federasiyasında ekstremist kimi tanınan Meta korporasiyasına məxsus olduğu üçün Rusiyada qadağan olunub
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.