SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrovun Bakıya səfəri kifayət qədər əhəmiyyətli idi - Deputat

© Sputnik / Murad OrujovRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Eksklüziv
Millət vəkili bildirib ki, Lavrovun bu səfəri zamanı Azərbaycan bir daha sülh təşəbbüskarı olduğunu nümayiş etdirib.
BAKI, 24 iyun — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib. Səfər çərçivəsində Rusiya XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Həmçinin bu gün Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşüb.
Sputnik Azərbaycan Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşiroğlu
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Elşad Mirbəşiroğlu
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovla görüşündə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinə diqqət çəkib:
"Azərbaycan Prezidenti bu ilin fevralın 22-də imzalanmış Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannaməni xatırladaraq sənəddə yer alan müddəaların implementasiyası çərçivəsində addımların atıldığını və bu səfərdən sonra da bu istiqamətdə addımların atılacağını vurğuladı. Təbii olaraq, Rusiya XİN rəhbəri də iki ölkə münasibətlərinin xarakterinə toxundu. O, Azərbaycan-Rusiya ticarət dövriyyəsinin rekord həddə - 3,5 mlrd. dollara çatdığını və bunun gələcəkdə daha da artacağını bildirdi. Xüsusilə də Rusiya regionları ilə Azərbaycan arasında əlaqələrin intensivləşdiyini vurğuladı. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya arasında imzalanmış 150-dən çox hüquqi sənəd mövcuddur. Bu da ən müxtəlif sahələrdə əməkdaşlığı şərtləndirir".
Elşad Mirbəşiroğlu onu da qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində rol oynayan dövlətdir:
"Lavrov budəfəki səfərində 2020-ci ilin noyabrında, həmçinin 2021-cilin yanvar və noyabr aylarında imzalanmış üçtərəfli bəyanatları xatırladaraq sənədlərə uyğun addımların atılması barədə danışdı. Prezident İlham Əliyev Azərbaycanın sülh təşəbbüsləri olduğunu və bu istiqamətdə addımlar atdığını bir daha səsləndirdi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülhün əsasını təşkil edəcək addımlar atılsın. Bu mənada ölkə prezidenti 2020-ci ilin noyabrında imzalanmış birgə bəyanatı qeyd etdi. İnsanların və yüklərin Naxçıvana rahat bir şəkildə çatmasının təmin olunmasının vacibliyini bildirdi. Ermənistanın da bu istiqamətdə addımlar atmalı olduğunu vurğuladı. Çünki Ermənistan bu sənədə imza atmaqla üzərinə hüquqi öhdəlik götürüb. Azərbaycan Prezidenti bu məqamı xüsusi vurğulamaqla Zəngəzur dəhlizinin sülh üçün nə dərəcədə əhəmiyyətli olmasını bir daha qeyd etmiş oldu. Bundan öncə də cənab Prezident qeyd etmişdi ki, Zəngəzur dəhlizi olmasa, sülhdən danışmaq üçün əsas olmayacaq".
© Sputnik / Murad OrujovRusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov
Министр иностранных дел Азербайджана Джейхун Байрамов во время встречи с министром иностранных дел РФ Сергеем Лавровым в Баку - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov
Daha sonra millət vəkili deyib ki, Azərbaycan Prezidenti ölkəmizin sülh təşəbbüslərinə Ermənistan tərəfindən hələlik hər hansı ciddi reaksiyanın olmadığını bildirdi.
Politoloq hesab edir ki, Lavrovun bu səfəri zamanı Azərbaycan bir daha sülh təşəbbüskarı olduğunu nümayiş etdirib:
"Təbii ki, Rusiyanın Ermənistana təsiretmə imkanları kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin çıxışlarından bəlli olur ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə iki ölkə münasibətləri effektiv bir şəkildə tənzimlənə bilər. Rusiya XİN rəhbəri də ölkəsinin bu proseslərdə aktiv şəkildə iştirak etmək niyyətini ifadə etdi. Düşünürəm ki, bu səfər zamanı Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi, qarşılıqlı anlaşma mühitinin olması bundan sonrakı mərhələdə əməkdaşlığın daha genişləndirilməsi və bu kontekstdə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin effektiv həll edilməsi imkanları həm Azərbaycan Prezidenti, həm də Rusiya XİN rəhbəri tərəfindən vurğulanmış oldu. Ümumilikdə bu səfər kifayət qədər əhəmiyyətli idi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0