Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kərim Vəliyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

© AR Ministry of DefenceBaş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri bildirib ki, iclasda MDB ölkələri Silahlı Qüvvələrin Birgə Rabitə Sisteminin inkişafı və Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
BAKI, 24 iyun - Sputnik. Rusiya Federasiyasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of Defence CCMOBaş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu cümə günü bildirib ki, MDB ölkələrinin Müdafiə Nazirləri Şurası Silahlı Qüvvələrin Birgə Rabitə Sisteminin inkişafı və Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin təkmilləşdirilməsi üzrə nəzərdə tutulan tədbirləri nəzərdən keçirib.

"İclasda... Silahlı Qüvvələrin Birgə Rabitə Sisteminin inkişafı məsələlərinə baxılıb, Vahid Dövlət Radar İdentifikasiyası Sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planlaşdırılıb", - deyə o iclasın yekunlarına dair bildirib.

Onun sözlərinə görə, bundan əlavə, iclasda silahlı qüvvələrdə aviasiya təhlükəsizliyinin vəziyyəti təhlil edilib, həmçinin vahid hava hücumundan müdafiə sisteminin inkişafının maliyyələşdirilməsi məsələləri razılaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0