https://sputnik.az/20220624/bayramov-lavrovla-gorusden-sonra-ucterefli-beyanatlari-yerine-yetirmek-lazimdir-443288496.html
Bayramov Lavrovla görüşdən sonra: "Üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır"
Bayramov Lavrovla görüşdən sonra: "Üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır"
Sputnik Azərbaycan
Azərbaycan XİN rəhbəri rusiyalı həmkarı ilə görüşündə bildirib ki, bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı... 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T13:50+0400
2022-06-24T13:50+0400
2022-06-24T14:00+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443276852_0:132:1280:852_1920x0_80_0_0_48d122a59a0c8891f602b13347c4d397.jpg
BAKI, 24 iyun — Sputnik. Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.O, bu münasibətlərin uzun tarixə malik olduğunu və indiyədək ölkələr arasında 200-dək müqavilə və sazişin imzalandığını vurğulayıb:"Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb. Bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir".Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə toxunaraq bildirib ki, prosesin süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur.O deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir:"Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq".Xatırladaq ki, Rusiya XİN rəhbəri ötən gün Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya İranın paytaxtı Tehrandan gəlib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.Görüş ərzində ikitərəfli və regional müstəvidə maraq doğuran məsələlər müzakirə olunub.Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə bildirib ki, Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırdırlar: "Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir.Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443276852_131:0:1267:852_1920x0_80_0_0_90627c6a6977da33f845706d791f6fde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Bayramov Lavrovla görüşdən sonra: "Üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır"
13:50 24.06.2022 (Yenilənib: 14:00 24.06.2022) Azərbaycan XİN rəhbəri rusiyalı həmkarı ilə görüşündə bildirib ki, bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb.
BAKI, 24 iyun — Sputnik. Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı fayda kəsb edən əməkdaşlıq nümunəsidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.
O, bu münasibətlərin uzun tarixə malik olduğunu və indiyədək ölkələr arasında 200-dək müqavilə və sazişin imzalandığını vurğulayıb:
"Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb. Bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir".
Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə toxunaraq bildirib ki, prosesin süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur.
O deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir:
"Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq".
Xatırladaq ki, Rusiya XİN rəhbəri ötən gün Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya İranın paytaxtı Tehrandan gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Görüş ərzində ikitərəfli və regional müstəvidə maraq doğuran məsələlər müzakirə olunub.
Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə bildirib ki, Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırdırlar: "Əlbəttə, Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi" – bütün bu məkanlar, necə deyərlər, artıq xarici konturda bizim qarşılıqlı fəaliyyətimizi inkişaf etdirməyə imkan verir.
Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi"nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Əziz oğlu ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.