https://sputnik.az/20220624/bayden-azerbaycanla-bagli-qerar-imzaladi-443292539.html
Bayden Azərbaycanla bağlı qərar imzaladı
Bayden Azərbaycanla bağlı qərar imzaladı
Sputnik Azərbaycan
ABŞ Prezidenti Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddətini növbəti dəfə uzadıb. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T14:47+0400
2022-06-24T14:47+0400
2022-06-24T14:47+0400
co bayden
siyasət
abş
907-ci düzəliş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561819_0:0:3073:1728_1920x0_80_0_0_973a75e8c5b80acbe83f615059aebf54.jpg
BAKI, 24 iyun — Sputnik. ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb.Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb.Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.Xatırladaq ki, ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışan ABŞ dövlət katibi Entoni Blinken "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirmişdi.Həmçinin bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib ki, ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, ölkəsinin Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyişinə mane olmayıb."Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib", - o deyib.Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: "Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210428/--AB--Azadla-Dstk-Aktna-907-ci-dzliin-icrasn-dondurub-426817686.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561819_0:0:2731:2048_1920x0_80_0_0_2440853a373a25e71f1832e796d5a253.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
co bayden, abş, 907-ci düzəliş
co bayden, abş, 907-ci düzəliş
Bayden Azərbaycanla bağlı qərar imzaladı
ABŞ Prezidenti Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddətini növbəti dəfə uzadıb.
BAKI, 24 iyun — Sputnik. ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb.
Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.
O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
Xatırladaq ki, ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefonla danışan ABŞ dövlət katibi Entoni Blinken "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirmişdi.
Həmçinin bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib ki, ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, ölkəsinin Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyişinə mane olmayıb.
"Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib", - o deyib.
Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: "Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.