Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakının memarlığı Azərbaycanın tarixi unikallığını necə əks etdirir?

Abunə olmaq
Bir neçə ay əvvəl Bakının 2020-2040-cı illər üçün Baş Plan layihəsinin razılaşdırılması üzrə işlər başa çatdırılıb. Bu layihənin həyata keçirilməsi nəticəsində şəhərin necə dəyişəcəyi haqqında videomuzda izləyə bilərsiniz.
Azərbaycanın bütün unikal tarixi Bakı şəhərinin memarlığında öz əksini tapıb. Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Elçin Əliyev Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib.
O qeyd edib ki, Bakıda Qız qalası, Şirvanşahlar sarayı kimi orta əsrlərə aid tarixi irs nümunələri var.
"Ötən əsrin 20-30-cu illərinin bütün dünya aparıcı memarları, Rusiya memarları olan Vesnin qardaşları şəhərimizin memarlığının inkişafına böyük töhfələr veriblər. Bu illəri Bakının əlamətdar hadisəsi hesab etmək olar", - deyə Əliyev qeyd edib.
Professor onu da vurğulayıb ki, 70-80-ci illərdə Azərbaycan memarları totalitar cəmiyyət şəraitində, kənardan məlumat olmadan heyrətamiz memarlıq sənəti əsərləri yaradıblar.
"2000-ci illər ərzində dünyanın bütün aparıcı memarları Bakıda fəaliyyət göstərir. Qürur duyduğumuz yeddi-səkkiz möhtəşəm memarlıq dövrümüz var. Bakıda gəzərkən, hər bir küçəyə keçdikdə faktiki olaraq bir dövrdən digərinə keçirsən", - deyə Əliyev bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti həmçinin şəhərin müxtəlif yerlərində tarixi malikanələrin giriş qapılarının bərpası üçün çox gözəl proqramlar həyata keçirildiyini də qeyd edib.
"Son onilliklər ərzində Azərbaycan hökuməti memarlıq abidələrinin normal estetik və konstruktiv vəziyyətə gətirilməsi üçün çox işlər görüb", - deyə Əliyev fikrini tamamlayıb.
Xəbər lenti
0