https://sputnik.az/20220624/azerbaycandan-turkiyeye-gonderilen-amfibiya-teyyaresi-emeliyyatlara-baslayir-443274132.html
Azərbaycandan Türkiyəyə göndərilən amfibiya təyyarəsi əməliyyatlara başlayıb - VİDEO
Azərbaycandan Türkiyəyə göndərilən amfibiya təyyarəsi əməliyyatlara başlayıb - VİDEO
Sputnik Azərbaycan
"BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyəyə Prezident İlham Əliyevin göstərişi ilə göndərilib. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T11:00+0400
2022-06-24T11:00+0400
2022-06-24T11:51+0400
azərbaycan
cəmiyyət
türkiyə
meşə yanğınları
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427625197_0:0:1200:675_1920x0_80_0_0_a03dd10a3ad8b9761404fd209da4a8a3.jpg
BAKI, 24 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır."BE-200ÇS" amfibiya tipli təyyarə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb."BE-200ÇS" amfibiya tipli təyyarə ötən gün Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.Qeyd edək ki, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Meşə yanğınları iyunun 21-dən başlayıb.Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub.Həmçinin 27 helikopter, 14 təyyarə və 2604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/05/427625197_150:0:1050:675_1920x0_80_0_0_7b55e815e11d8ea1509cfc4668452b99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, türkiyə, meşə yanğınları
azərbaycan, türkiyə, meşə yanğınları
Azərbaycandan Türkiyəyə göndərilən amfibiya təyyarəsi əməliyyatlara başlayıb - VİDEO
11:00 24.06.2022 (Yenilənib: 11:51 24.06.2022) "BE-200ÇS" amfibiya tipli təyyarə Türkiyəyə Prezident İlham Əliyevin göstərişi ilə göndərilib.
BAKI, 24 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus "BE-200ÇS" amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsində meşə yanğınlarının söndürülməsi əməliyyatlarına başlayır.
"BE-200ÇS" amfibiya tipli təyyarə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə yola salınıb.
"BE-200ÇS" amfibiya tipli təyyarə ötən gün Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına çatıb.
Qeyd edək ki, qardaş Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Meşə yanğınları iyunun 21-dən başlayıb.
Son məlumata görə, yanğının söndürülməsinə 253 yanğınsöndürən maşın, 26 su tankeri olmaqla, ümumilikdə 598 texnika cəlb olunub.
Həmçinin 27 helikopter, 14 təyyarə və 2604 canlı qüvvə yanğınsöndürmə əməliyyatında iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.