DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında görüş keçirilib

© Photo : Prosecutor General's Office of the Republic of AzerbaijanAzərbaycan, Rusiya və Ermənistan baş prokurorları
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları - Sputnik Azərbaycan, 1920, 24.06.2022
Abunə olmaq
Minskdə Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.
BAKI, 24 iyun - Sputnik. İyunun 24-də Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Kamran Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.

Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Qarabağa qanunsuz səfərlərin yolverilməzliyi diqqətə çatdırılmış və bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata tam şəkildə riayət olunduğu bildirilib.

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycan və Ermənistandan olan həmkarlarına bölgə xalqlarının rifahı naminə sülh və sabitliyə nail olmağa yönəlmiş konstruktiv qarşılıqlı əməkdaşlıq və səylərinə görə təşəkkür edib.
Görüşdə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləmişlər.
Bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.
MDB prokurorluq orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məmurlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.06.2022
CƏMİYYƏT
Baş prokurorların Əlaqələndirmə Şurasının növbəti iclası Bakıda keçiriləcək
Xəbər lenti
0