https://sputnik.az/20220624/azerbaycan-demir-yollari-sahibkarlara-mane-olub-ayri-seckilik-yaradirmis---resmi-443310731.html
"Azərbaycan Dəmir Yolları" sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış - Rəsmi
"Azərbaycan Dəmir Yolları" sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış - Rəsmi
Sputnik Azərbaycan
Cəmiyyət tərəfindən tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub. 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T23:31+0400
2022-06-24T23:31+0400
2022-06-24T23:31+0400
dəmir
iqtisadiyyat
azərbaycan dəmir yolları
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656602_0:236:1920:1316_1920x0_80_0_0_8afabdfed90e76878711273a6f8e1dca.jpg
BAKI, 24 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən vaqonların icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.Xidmətdən bildirilib ki, işə baxılması zamanı Cəmiyyət tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub.Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.Qərarda "Azərbaycan Dəmir Yolları" QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Prezidentin digər sərəncamı ilə Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.C.Qurbanov 9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.Hazırda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini bundan sonra Hicran Valehov icra edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/07/425656602_0:56:1920:1496_1920x0_80_0_0_72ff7e18cd4a615a947748828f1d1bc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dəmir, azərbaycan dəmir yolları
dəmir, azərbaycan dəmir yolları
"Azərbaycan Dəmir Yolları" sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış - Rəsmi
Cəmiyyət tərəfindən tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub.
BAKI, 24 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən vaqonların icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Xidmətdən bildirilib ki, işə baxılması zamanı Cəmiyyət tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub.
Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib.
Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur.
Qərarda "Azərbaycan Dəmir Yolları" QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb.
Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
C.Qurbanov 9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
Hazırda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini bundan sonra Hicran Valehov icra edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.