https://sputnik.az/20220624/astarali-genc-repetitor-yanina-getmeden-abs-da-universitete-daxil-olub-443266063.html
Astaralı gənc repetitor yanına getmədən ABŞ-da universitetə daxil olub
Astaralı gənc repetitor yanına getmədən ABŞ-da universitetə daxil olub
Sputnik Azərbaycan
ABŞ-ın Cənubi Texas Universitetini qazanan İbrahim Həsənli hesab edir ki, uğuru tək qazanmaq olmur. Ətrafında səni sevən ailən, dəstəkləyən insanlar və... 24.06.2022, Sputnik Azərbaycan
2022-06-24T08:33+0400
2022-06-24T08:33+0400
2022-06-24T08:33+0400
universitet
təhsil
astara
gənc
abş
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443112310_0:158:3080:1891_1920x0_80_0_0_9bdf89e1797819ad6934fc4180494b4f.jpg
BAKI, 24 iyun — Sputnik. Astara rayonu Təngərüd kənd tam orta məktəbinin məzunu İbrahim Həsənli ABŞ-ın Cənubi Texas Universitetinə qəbul olunub. Gənc zəka Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu uğura necə nail olmasından danışıb.O qeyd edib ki, 11-ci sinifdən xaricdə təhsilə hazırlaşmağa başlayıb. Son sinif onun üçün akselerasiya mərhələsi olub. Bundan əvvəl isə bir startapçı olaraq bir çox startapa imza atıb.“Demək olar ki, mən hərşeyşünasam. Yəni, bütün fənlərə meylim olub. “Sabahın alimləri” XI Respublika Müsabiqəsində Riyaziyyat üzrə 3-cü yerə layıq görüldüm. Bundan əlavə, Riyaziyyat fənni üzrə Beynəlxalq Sistem Olimpiadasında finalda 9-cu yerə qədər gəlib çıxa bildim. Bu Olimpiadaya özüm təkbaşına hazırlaşmışdım”, - deyən İbrahim Həsənli qeyd edib ki, onun startapı Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bir biznes layihəsi olan həmin startap əlillərin işlə təmin olunması ilə əlaqədar olub.Daha sonra o, “100 Parlaq beyin” (buna həmçinin “Rise Challenge” də deyirlər – İ.H.) müsabiqəsində iştirak edərək ilk əlliliyə düşüb:“Bu müsabiqə ABŞ-da keçirilir və orada bütün dünya ölkələrindən 55 min ərizəçi iştirak edir. Mən müsabiqəyə onlayn şəkildə qatıldım və pandemiya ilə əlaqədar olaraq onun final mərhələsi də onlayn keçirildi”.İbrahim bu günlərdə oktyabr ayında Polşanın Qdansk şəhərində keçiriləcək startap müsabiqəsində könüllü kimi qeydiyyata düşüb. Oktyabrın 5-dən 7-nə kimi qlobal müsabiqədə iştirak üçün Polşada olacaq.İbrahim 11-ci sinifdə xaricdə təhsilə hazırlaşmağa ilk olaraq ingilis dili səviyyəsini yoxlamaqla başlayıb. Daha sonra dil üzərində işləyib:“Bu ilin yanvar ayından mart ayına kimi imtahanlar verdim. Bunların arasında İELTS, TOEFL, Duolingo və s. var idi. Kifayət qədər bal topladım və sənədlərimi yolladım. İyunun 6-da Cənubi Texas Universitetinə qəbul olunmağım haqda bildiriş gəldi. Bu universitetdə təqaüdün miqdari 25 min dollardır, qəbul olunduğum ixtisas isə Beynəlxalq Biznes Administrasiyasıdır. Mənə 25 min dollar ayrılıb. Daha sonra isə Nyu-York Universitetindən qəbul təklifi gəldi. Orada isə təqaüdün miqdari 50 min dollardır və tam təqaüddür. Orada təhsil alarkən bizi təcrübə üçün Kaliforniyaya aparacaqlar. Ora isə Google, Microsoft, Amazon, Uber və sair nəhəng şirkətlərin yarandığı məkandır. Daha sonra bizə verilmiş vizaya uyğun olaraq orada iş imkanı əldə edə bilirik.”İbrahim imtahanlara hazırlaşmağa başlayanda hansı qrupu seçmək məsələsində qərarsız olub:“7-ci sinifdə oxuyanda III, 8-ə keçəndə I, 9-a keçəndə IV qrupu seçməyi düşünürdüm. 10-cu sinifdə oxuyanda isə artıq nə edəcəyimi bilmədim. Onda xaricdə təhsil almaq qərarına gəldim”.Bu illər ərzində İbrahimin müxtəlif fənlər üzrə bilik yarışlarında böyük uğurları olub. Amma o, heç bir repetitorla hazırlaşmayıb. Bütün uğurlara təkbaşına hazırlaşaraq nail olub. Məktəbdəki müəllimləri də ona kömək ediblər. Harvard və Stenford Universitetlərində kurslar keçib. Harvard Universitetinin tədqiqat proqramına qatılıb.Astaralı biləndər xaricdə təhsili nə üçün seçdiyini də açıqlayıb: “Beynəlxaql Biznes Administrasiyası çox genişdir. Mən adi Biznes-menecmenti də seçə bilərdim. Niyə Beynəlxalq Biznes? Çünki Beynəlxalq Biznes Administrasiyası gələcəyin əmək bazarında heç vaxt ölməyəcək və həmişə sabit qalacaq. Məhz ABŞ-ı seçməyimə gəldikdə isə Avropada Biznes sahəsi üzrə ən inkişaf etmiş ölkələr Estoniya və Polşa, okeanın o tayında isə ABŞ-dır. Hər halda Amerika da Amerikadır, adı üstündədir”.İ. Həsənli hesab edir ki, uğuru tək qazanmaq olmur, ətrafında sevən ailə, dəstəkləyən insanlar, müəllimləri olmalıdır. Təkcə maddi dəstəklə iş bitmir, mənəvi dəstək də vacibdir. Abituriyent üçün ən vacib şey motivasiyadır. İbrahimə isə yetərincə motivasiya veriblər. Öz əzmkarlığı isə məqsədinə çatmağına təkan verib. O, böyük riskə gedərək Azərbaycan universitetlərinə sənəd verməyib. Çətinlikləri, psixoloji sarsıntıları da olub. Amma əziyyəti boşa getməyib.“Həmyaşıdlarıma, xarici ali təhsil ocaqlarına hazırlaşanlara məsləhətim odur ki, tutduqları yoldan heç vaxt dönməsinlər. İnsan nəyi düşünürsə, o da olur. Yəni yaxşı şey fikirləşsən, yaxşı olacaq, pis fikirləşsən pis olacaq. Təsəvvür elə ki, cəmi 3 ay yorğunluq olacaq, lakin qarşıda səni gözəllik gözləyir”, - İbrahim deyib.O, uğur yoluna işıq tutan insanlara, ilk növbədə təhsil aldığı məktəbin rəhbərliyinə, müəllimlərinə və ailəsinə minnətdardır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443112310_175:0:2906:2048_1920x0_80_0_0_3c8b82b370d7dc464c3cd62947a0b330.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
universitet, astara, gənc, abş, qəbul
universitet, astara, gənc, abş, qəbul
Astaralı gənc repetitor yanına getmədən ABŞ-da universitetə daxil olub
ABŞ-ın Cənubi Texas Universitetini qazanan İbrahim Həsənli hesab edir ki, uğuru tək qazanmaq olmur. Ətrafında səni sevən ailən, dəstəkləyən insanlar və müəllimlər olmalıdır.
BAKI, 24 iyun — Sputnik. Astara rayonu Təngərüd kənd tam orta məktəbinin məzunu İbrahim Həsənli ABŞ-ın Cənubi Texas Universitetinə qəbul olunub. Gənc zəka Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu uğura necə nail olmasından danışıb.
O qeyd edib ki, 11-ci sinifdən xaricdə təhsilə hazırlaşmağa başlayıb. Son sinif onun üçün akselerasiya mərhələsi olub. Bundan əvvəl isə bir startapçı olaraq bir çox startapa imza atıb.
“Demək olar ki, mən hərşeyşünasam. Yəni, bütün fənlərə meylim olub. “Sabahın alimləri” XI Respublika Müsabiqəsində Riyaziyyat üzrə 3-cü yerə layıq görüldüm. Bundan əlavə, Riyaziyyat fənni üzrə Beynəlxalq Sistem Olimpiadasında finalda 9-cu yerə qədər gəlib çıxa bildim. Bu Olimpiadaya özüm təkbaşına hazırlaşmışdım”, - deyən İbrahim Həsənli qeyd edib ki, onun startapı Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Bir biznes layihəsi olan həmin startap əlillərin işlə təmin olunması ilə əlaqədar olub.
Daha sonra o, “100 Parlaq beyin” (buna həmçinin “Rise Challenge” də deyirlər – İ.H.) müsabiqəsində iştirak edərək ilk əlliliyə düşüb:
“Bu müsabiqə ABŞ-da keçirilir və orada bütün dünya ölkələrindən 55 min ərizəçi iştirak edir. Mən müsabiqəyə onlayn şəkildə qatıldım və pandemiya ilə əlaqədar olaraq onun final mərhələsi də onlayn keçirildi”.
İbrahim bu günlərdə oktyabr ayında Polşanın Qdansk şəhərində keçiriləcək startap müsabiqəsində könüllü kimi qeydiyyata düşüb. Oktyabrın 5-dən 7-nə kimi qlobal müsabiqədə iştirak üçün Polşada olacaq.
İbrahim 11-ci sinifdə xaricdə təhsilə hazırlaşmağa ilk olaraq ingilis dili səviyyəsini yoxlamaqla başlayıb. Daha sonra dil üzərində işləyib:
“Bu ilin yanvar ayından mart ayına kimi imtahanlar verdim. Bunların arasında İELTS, TOEFL, Duolingo və s. var idi. Kifayət qədər bal topladım və sənədlərimi yolladım. İyunun 6-da Cənubi Texas Universitetinə qəbul olunmağım haqda bildiriş gəldi. Bu universitetdə təqaüdün miqdari 25 min dollardır, qəbul olunduğum ixtisas isə Beynəlxalq Biznes Administrasiyasıdır. Mənə 25 min dollar ayrılıb. Daha sonra isə Nyu-York Universitetindən qəbul təklifi gəldi. Orada isə təqaüdün miqdari 50 min dollardır və tam təqaüddür. Orada təhsil alarkən bizi təcrübə üçün Kaliforniyaya aparacaqlar. Ora isə Google, Microsoft, Amazon, Uber və sair nəhəng şirkətlərin yarandığı məkandır. Daha sonra bizə verilmiş vizaya uyğun olaraq orada iş imkanı əldə edə bilirik.”
İbrahim imtahanlara hazırlaşmağa başlayanda hansı qrupu seçmək məsələsində qərarsız olub:
“7-ci sinifdə oxuyanda III, 8-ə keçəndə I, 9-a keçəndə IV qrupu seçməyi düşünürdüm. 10-cu sinifdə oxuyanda isə artıq nə edəcəyimi bilmədim. Onda xaricdə təhsil almaq qərarına gəldim”.
Bu illər ərzində İbrahimin müxtəlif fənlər üzrə bilik yarışlarında böyük uğurları olub. Amma o, heç bir repetitorla hazırlaşmayıb. Bütün uğurlara təkbaşına hazırlaşaraq nail olub. Məktəbdəki müəllimləri də ona kömək ediblər. Harvard və Stenford Universitetlərində kurslar keçib. Harvard Universitetinin tədqiqat proqramına qatılıb.
Astaralı biləndər xaricdə təhsili nə üçün seçdiyini də açıqlayıb: “Beynəlxaql Biznes Administrasiyası çox genişdir. Mən adi Biznes-menecmenti də seçə bilərdim. Niyə Beynəlxalq Biznes? Çünki Beynəlxalq Biznes Administrasiyası gələcəyin əmək bazarında heç vaxt ölməyəcək və həmişə sabit qalacaq. Məhz ABŞ-ı seçməyimə gəldikdə isə Avropada Biznes sahəsi üzrə ən inkişaf etmiş ölkələr Estoniya və Polşa, okeanın o tayında isə ABŞ-dır. Hər halda Amerika da Amerikadır, adı üstündədir”.
İ. Həsənli hesab edir ki, uğuru tək qazanmaq olmur, ətrafında sevən ailə, dəstəkləyən insanlar, müəllimləri olmalıdır. Təkcə maddi dəstəklə iş bitmir, mənəvi dəstək də vacibdir. Abituriyent üçün ən vacib şey motivasiyadır. İbrahimə isə yetərincə motivasiya veriblər. Öz əzmkarlığı isə məqsədinə çatmağına təkan verib. O, böyük riskə gedərək Azərbaycan universitetlərinə sənəd verməyib. Çətinlikləri, psixoloji sarsıntıları da olub. Amma əziyyəti boşa getməyib.
“Həmyaşıdlarıma, xarici ali təhsil ocaqlarına hazırlaşanlara məsləhətim odur ki, tutduqları yoldan heç vaxt dönməsinlər. İnsan nəyi düşünürsə, o da olur. Yəni yaxşı şey fikirləşsən, yaxşı olacaq, pis fikirləşsən pis olacaq. Təsəvvür elə ki, cəmi 3 ay yorğunluq olacaq, lakin qarşıda səni gözəllik gözləyir”, - İbrahim deyib.
O, uğur yoluna işıq tutan insanlara, ilk növbədə təhsil aldığı məktəbin rəhbərliyinə, müəllimlərinə və ailəsinə minnətdardır.