https://sputnik.az/20220623/xaricden-internetle-mal-alanlara-sad-xeber-443244609.html
Xaricdən internetlə mal alanlara şad xəbər
Xaricdən internetlə mal alanlara şad xəbər
Sputnik Azərbaycan
Xaricdən sifariş edilmiş məhsulların bəyan edilməsi prosesini daha rahat həyata keçirə biləcəklər. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T22:06+0400
2022-06-23T22:06+0400
2022-06-23T22:10+0400
cəmiyyət
rəqəmsal
mal
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776468_0:0:2948:1659_1920x0_80_0_0_0095ce0fcc2be35630a160d9308e9bfb.jpg
BAKI, 23 iyun — Sputnik. SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə vətəndaşlar "e-customs" portalında elektron ticarət üçün sadələşdirilmiş bəyannamələrin təqdim olunması və xaricdən sifariş edilmiş məhsulların bəyan edilməsi prosesini daha rahat həyata keçirəcəklər.Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, "e-customs" Dövlət Gömrük Komitəsinin elektron xidmətlərin daha əlçatan olması üçün istifadəyə verdiyi sistemdir. SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə portaldan istifadə daha da asanlaşıb. SİMA-nın "ASAN Login" Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşlara "e-customs" portalına daxil olaraq əməliyyatları daha sürətli etmək imkanı təqdim edir. Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb. Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "SmartCustoms" tətbiqi ilə bəyan edilməsi məcburidir. Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaratmaq məqsədi daşıyır.Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və "157" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425776468_119:0:2739:1965_1920x0_80_0_0_e68d61df2187cf972b1ec321db9c6f17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rəqəmsal, mal
Xaricdən internetlə mal alanlara şad xəbər
22:06 23.06.2022 (Yenilənib: 22:10 23.06.2022) Xaricdən sifariş edilmiş məhsulların bəyan edilməsi prosesini daha rahat həyata keçirə biləcəklər.
BAKI, 23 iyun — Sputnik. SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə vətəndaşlar "e-customs" portalında elektron ticarət üçün sadələşdirilmiş bəyannamələrin təqdim olunması və xaricdən sifariş edilmiş məhsulların bəyan edilməsi prosesini daha rahat həyata keçirəcəklər.
Bu barədə Sputnik Azərbaycan-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, "e-customs" Dövlət Gömrük Komitəsinin elektron xidmətlərin daha əlçatan olması üçün istifadəyə verdiyi sistemdir. SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə portaldan istifadə daha da asanlaşıb. SİMA-nın "ASAN Login" Vahid Giriş Sisteminə inteqrasiyası vətəndaşlara "e-customs" portalına daxil olaraq əməliyyatları daha sürətli etmək imkanı təqdim edir. Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür. SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Xatırladaq ki, 2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (Smart Customs) layihəsinin tətbiqinə başlanılıb. Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "SmartCustoms" tətbiqi ilə bəyan edilməsi məcburidir. Bu layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaratmaq məqsədi daşıyır.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və "157" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.