https://sputnik.az/20220623/usaqlarin-nitqi-qusurlu-olmasin-deye-neye-diqqet-etmeli-443205063.html
Uşaqların nitqi qüsurlu olmasın deyə nəyə diqqət etməli?
Uşaqların nitqi qüsurlu olmasın deyə nəyə diqqət etməli?
Sputnik Azərbaycan
Mütəxəssis bildirir ki, nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri... 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T07:33+0400
2022-06-23T07:33+0400
2022-06-23T07:33+0400
uşaq
cəmiyyət
nitq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438433103_0:0:1920:1080_1920x0_80_0_0_fd82ed4027473a322f4169dbd73fd411.jpg
BAKI, 23 iyun — Sputnik. Biz tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlirik. Mütəxəssislərin sözlərinə görə, uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır.Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva deyir ki, bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar. Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir.Aygün Mehdiyevanın fikrincə, kəkələmə ağır nitq qüsurlarından biridir. Bu hal oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur.Defektoloq-loqoped qeyd edib ki, loqopedik iş 3 yaşdan sonra aparılmalıdır: "Əgər uşağın 2 yaşı varsa, burada psixo-pedaqoji və ya sensor terapiyanın olması məqsədəuyğundur. Loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Bəzən valideynlər uşaqlarının nitqi qüsurlu olduğundan narahatlıq keçirirlər, halbuki uşağın nitqində dinamika müşahidə olunur. Düzgün aparılan konsultasiya zamanı işin peşəkarı narahatlığa heç bir səbəb olmadığı barədə məlumatlandırır".Uşaqda qısaldılmış hipoid frenulumun kəsilməsinə gəldikdə mütəxəssis deyib ki, dilaltı pərdə ağız boşluğunda dilin yumşaq toxuma ilə fiksasiya olması üçün çox önəmli rol oynayır: "Loqopediyada hər zaman dilaltı pərdənin mini əməliyyatına ehtiyac duyulmur. Müayinə zamanı loqoped uşağın dilinin hərəkətliyi üçün müxtəlif hərəkətlər etdirir. Əgər uşaq dilin ucu ilə üst diş alveollarına doğru qaldıra bilməzsə, mini əməliyyat məsləhət görülür. Səslərin tələffüzü zamanı dilin ucu üst diş alveollarına doğru qalxmalıdır. Dilaltı pərdə qısa olduğu zaman bu mümkün olmur və uşaq [ R,L ] və s. kimi səsləri düzgün tələffüz edə bilmir. Valideynlərə mütəxəssis məsləhəti almadan, bu cür problemləri sərbəst şəkildə həyata keçirmələrini məsləhət görmürük".Mütəxəssisin sözlərinə görə, bəzi nitq qüsurları var ki, (məsələn, səs tələffüzü qüsurları - R, L, Ş, Ç, D, T və s.) onları 10 dərsdən 60-90 dərsə kimi aradan qaldırmaq mümkündür. Mürəkkəb nitq qüsurlarından biri olan dizartriya zamanı loqopedik məşğələlər fasiləli şəkildə uzunmüddətli aparıla bilər.O bildirir ki, [R] səsi həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən səs tələffüzü qüsurudur. Adətən dil əzələlərinin passiv, az hərəkətli, dilaltı pərdənin qısalığının olması ilə, bəzən isə uşaqlar valideynlərini təqlid etməklə, baş beyin qabığının funksional dəyişməsi ilə şərtlənə bilir. Vaxtında, yəni 5-6 yaşdan sonra loqopedlərə müraciət olunarsa, bu qüsuru aradan qaldırmaq mümkündür.Səslərin korreksiyası daha çox təqlid və mexaniki üsullarla aparılır. Mexaniki üsul zamanı səs qoyuluşu üçün zontlardan, şpateldən və barmaqdan istifadə edilir.Aygün Mehdiyeva əlavə edib ki, valideynlər uşağın məktəbəqədər yaş dövrünə kimi şifahi nitqin inkişafı üçün onlarla düzgün emosional kontakt qurmalı, səlis, aydın diksiyaya sahib olması üçün uşağın yaşına uyğun sözlər, şeirlər, oyunlar, mahnılar öyrətməlidirlər: "Nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438433103_240:0:1680:1080_1920x0_80_0_0_273135dd905fc0a69a0fc19e2c497694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, nitq
Uşaqların nitqi qüsurlu olmasın deyə nəyə diqqət etməli?
Mütəxəssis bildirir ki, nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur.
BAKI, 23 iyun — Sputnik. Biz tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlirik. Mütəxəssislərin sözlərinə görə, uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva deyir ki, bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar. Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir.
Aygün Mehdiyevanın fikrincə, kəkələmə ağır nitq qüsurlarından biridir. Bu hal oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur.
Defektoloq-loqoped qeyd edib ki, loqopedik iş 3 yaşdan sonra aparılmalıdır:
"Əgər uşağın 2 yaşı varsa, burada psixo-pedaqoji və ya sensor terapiyanın olması məqsədəuyğundur. Loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Bəzən valideynlər uşaqlarının nitqi qüsurlu olduğundan narahatlıq keçirirlər, halbuki uşağın nitqində dinamika müşahidə olunur. Düzgün aparılan konsultasiya zamanı işin peşəkarı narahatlığa heç bir səbəb olmadığı barədə məlumatlandırır".
Uşaqda qısaldılmış hipoid frenulumun kəsilməsinə gəldikdə mütəxəssis deyib ki, dilaltı pərdə ağız boşluğunda dilin yumşaq toxuma ilə fiksasiya olması üçün çox önəmli rol oynayır:
"Loqopediyada hər zaman dilaltı pərdənin mini əməliyyatına ehtiyac duyulmur. Müayinə zamanı loqoped uşağın dilinin hərəkətliyi üçün müxtəlif hərəkətlər etdirir. Əgər uşaq dilin ucu ilə üst diş alveollarına doğru qaldıra bilməzsə, mini əməliyyat məsləhət görülür. Səslərin tələffüzü zamanı dilin ucu üst diş alveollarına doğru qalxmalıdır. Dilaltı pərdə qısa olduğu zaman bu mümkün olmur və uşaq [ R,L ] və s. kimi səsləri düzgün tələffüz edə bilmir. Valideynlərə mütəxəssis məsləhəti almadan, bu cür problemləri sərbəst şəkildə həyata keçirmələrini məsləhət görmürük".
Mütəxəssisin sözlərinə görə, bəzi nitq qüsurları var ki, (məsələn, səs tələffüzü qüsurları - R, L, Ş, Ç, D, T və s.) onları 10 dərsdən 60-90 dərsə kimi aradan qaldırmaq mümkündür. Mürəkkəb nitq qüsurlarından biri olan dizartriya zamanı loqopedik məşğələlər fasiləli şəkildə uzunmüddətli aparıla bilər.
O bildirir ki, [R] səsi həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən səs tələffüzü qüsurudur. Adətən dil əzələlərinin passiv, az hərəkətli, dilaltı pərdənin qısalığının olması ilə, bəzən isə uşaqlar valideynlərini təqlid etməklə, baş beyin qabığının funksional dəyişməsi ilə şərtlənə bilir. Vaxtında, yəni 5-6 yaşdan sonra loqopedlərə müraciət olunarsa, bu qüsuru aradan qaldırmaq mümkündür.
Səslərin korreksiyası daha çox təqlid və mexaniki üsullarla aparılır. Mexaniki üsul zamanı səs qoyuluşu üçün zontlardan, şpateldən və barmaqdan istifadə edilir.
Aygün Mehdiyeva əlavə edib ki, valideynlər uşağın məktəbəqədər yaş dövrünə kimi şifahi nitqin inkişafı üçün onlarla düzgün emosional kontakt qurmalı, səlis, aydın diksiyaya sahib olması üçün uşağın yaşına uyğun sözlər, şeirlər, oyunlar, mahnılar öyrətməlidirlər:
"Nitqin inkişafı üçün yaşa uyğun yuxu rejimi, qidalanma, gəzintilər, kitab oxuma, musiqi dinləmə, didaktik vasitələrdən istifadə zəruri hesab olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.