https://sputnik.az/20220623/suni-qiymet-artiminin-qarsisinin-alinmasi-ucun-qurumlara-tapsiriqlar-verilib---nazir-443239044.html
Süni qiymət artımının qarşısının alınması üçün qurumlara tapşırıqlar verilib - Nazir
Süni qiymət artımının qarşısının alınması üçün qurumlara tapşırıqlar verilib - Nazir
Sputnik Azərbaycan
Sahibkarlarla maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T13:51+0400
2022-06-23T13:51+0400
2022-06-23T13:51+0400
iqtisadiyyat
maliyyə naziri samir şərifov
qiymət artımı
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_0:0:2000:1125_1920x0_80_0_0_78844cfb974a2db65350a1b0d4ce05d9.jpg
BAKI, 23 iyun — Sputnik. Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir.Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/23/411922358_160:0:1867:1280_1920x0_80_0_0_0881bde26a63ee085b8589c454225ea4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
maliyyə naziri samir şərifov, qiymət artımı
maliyyə naziri samir şərifov, qiymət artımı
Süni qiymət artımının qarşısının alınması üçün qurumlara tapşırıqlar verilib - Nazir
Sahibkarlarla maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər.
BAKI, 23 iyun — Sputnik. Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır:
"Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər".
Xatırladaq ki, illik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması dünyada ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir.
Mərkəzi Banka görə, dünyada ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq qiymətlərinə artırıcı təsir göstərən amillərdəndir.
Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.