CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava necə olacaq? - Milli Hidrometeorologiya Xidmətinin proqnozu

yağış - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Hidrometeoroloqlar bəzi yerlərdə havanın yağmurlu keçəcəyini proqnozlaşdırırlar.
BAKI, 23 iyun — Sputnik. İyunun 24-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Küləkli hava şəraiti iyunun 25-nə qədər davam edəcək
Xidmətdən o da bildirilib ki, iyunun 23-ü saat 14:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Belə ki, iyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub.
Düşən yağışın miqdarı Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ, Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm, Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.
Şimal-qərb küləyinin sürəti arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s, Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb. Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək.
Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli yağış yağacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0