Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Regionda baş verən gərginlik dünyanın qida təhlükəsizliyini təhdid edir - Samir Şərifov

© Sputnik / Murad OrujovMaliyyə Naziri Samir Şərifov
Maliyyə Naziri Samir Şərifov - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Rəhbərlər Şurasının 24-cü illik toplantısında Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edirlər.
BAKI, 23 iyun — Sputnik. "Beynəlxalq maliyyə institutları regiondakı vəziyyəti qiymətləndirərək analiz aparmalıdır". Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısında maliyyə naziri, bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov deyib.
Nazir bildirib ki, regionda baş verən gərginlik dünyanın qida təhlükəsizliyini təhdid edir, Qara dənizdə logistika sahəsində problemlər yaradır. Beynəlxalq maliyyə institutları yaranan vəziyyəti qiymətləndirərək analiz aparmalıdırlar:

"Azərbaycan regionun iqtisadi inkişafı istiqamətində işlər görür və bu yöndə atdığı addımlara sadiqdir. Eyni zamanda, bankın fəaliyyət göstərdiyi coğrafi ərazinin daha da genişləndirilməsi üçün qarşıya qoyduğu hədəfləri tam dəstəkləyirik".

O bildirib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2021-ci ildə kapitalını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan QDTİB-in kapitalın artırılması üzrə səylərini dəstəkləməkdə davam edəcək.
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı keçirilir
Xatırladaq ki, Bakıda maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə bankın Rəhbərlər Şurasının 24-cü illik toplantısı öz işinə başlayıb.
İllik toplantıda QDTİB-ə üzv dövlətlər - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edirlər.
Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq.
İyunun 24-də illik toplantı çərçivəsində QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyalarının iştirakı ilə "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə QDTİB-in rolu" adlı biznes forum təşkil olunacaq.
Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi forumda iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq.
Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları diqqət mərkəzində saxlanılacaq.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0