SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Rumıniya nümayəndə heyətini qəbul edib - Yenilənib

İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
Qonaqlara DOST mərkəzlərinin iş prinsipi, xidmət sahələri ilə bağlı yeniliklər barədə ətraflı məlumat verilib.
BAKI, 23 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olunub.
Söhbət zamanı həmçinin hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edildi və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri 4 saylı Bakı DOST Mərkəzində olublar.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları mərkəzlə tanış edib, DOST layihəsi haqqında ümumi məlumat verib.
DOST mərkəzlərinin iş prinsipi, xidmət sahələri ilə bağlı yeniliklər diqqətə çatdırılıb, DOST konsepsiyası barədə geniş təqdimat edilib.
Rumıniya rəsmiləri DOST Agentliyinin kifayət qədər unikal bir layihə olduğunu və bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər. Görüşdə tərəflər arasında gələcək mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0