https://sputnik.az/20220623/prezident-moskva-beyannamesi-ve-sulh-muqavilesi-barede-443268605.html
Prezident Moskva Bəyannaməsi və sülh müqaviləsi barədə
Prezident Moskva Bəyannaməsi və sülh müqaviləsi barədə
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T22:29+0400
2022-06-23T22:29+0400
2022-06-23T22:29+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
rusiya xin rəhbəri sergey lavrov
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532685_0:68:1960:1171_1920x0_80_0_0_b7820d19dbf9c048032c4462ed121565.jpg
BAKI, 23 iyun - Sputnik. "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək".Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib."Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır", - Prezident vurğulayıb.Ermənistanla münasibətlərə toxunan İlham Əliyev deyib ki, “sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.“Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək” – deyə dövlət başçısı bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441532685_154:0:1806:1239_1920x0_80_0_0_0666f3702b34dad1f5cb56c878cc11a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, rusiya xin rəhbəri sergey lavrov, qəbul
prezident ilham əliyev, rusiya xin rəhbəri sergey lavrov, qəbul
Prezident Moskva Bəyannaməsi və sülh müqaviləsi barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
BAKI, 23 iyun - Sputnik. "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə bizim ikitərəfli münasibətlərdə çox mühüm addımdır və artıq dediyim kimi o, bizim əlaqələrimizin inkişaf yollarını müəyyən edəcək".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Bu ilin əvvəlində Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması bizim münasibətlərə, münasibətlərimizin yeni mərhələsinə yaxşı start, belə müsbət ahəng, dinamika verdi. Hesab edirəm ki, bizim münasibətlərimizin gələcək inkişafı üçün bu əsas sənəd çoxillik, çox səmərəli əməkdaşlığın gözəl yekunudur. Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq. Əlamətdar haldır ki, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilində biz görülmüş bütün işlərə müəyyən mənada yekun vurduq və dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının sonrakı istiqamətlərini müəyyən etdik.
Bizim münasibətlər haqqında çox danışmaq olar. Sizinlə bu mövzuda dəfələrlə fikir mübadiləsi aparmışıq. Siyasi münasibətlərin, ali səviyyədə daimi dialoqun, bu il yaxşı dinamika nümayiş etdirən ticari-iqtisadi əlaqələrin, nəqliyyat, energetika sahələrində, təbii ki, humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumu bir daha bildirmək istərdim. Yəni, bizdə sıx qarşılıqlı fəaliyyətin olmadığı sahələri göstərmək daha asandır", - Prezident vurğulayıb.
Ermənistanla münasibətlərə toxunan İlham Əliyev deyib ki, “sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”.
“Bu gün, əlbəttə, regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışacağıq. Siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe regionda uzunmüddətli sülhün bərqərar olmasına yönəlib. Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək” – deyə dövlət başçısı bildirib.