https://sputnik.az/20220623/pambiqcilar-neden-zeherlendi---pestisidlerin-istifade-dozalarini-artirmaq-qadagandir-443257012.html
Pambıqçılar nədən zəhərləndi? - Pestisidlərin istifadə dozalarını artırmaq qadağandır!
Pambıqçılar nədən zəhərləndi? - Pestisidlərin istifadə dozalarını artırmaq qadağandır!
Sputnik Azərbaycan
AQTA bildirir ki, pestisidlərin daşınması, istifadəsi, saxlanması ilə bağlı bir çox tələblərə əməl olunmalıdır. Əks halda zəhərlənmə qaçılmazdır! 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T17:35+0400
2022-06-23T17:35+0400
2022-06-23T17:35+0400
cəmiyyət
zəhərlənmə
pambıq
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443255778_0:323:3067:2048_1920x0_80_0_0_3aeabdddcd7d6e1ba435af77b411e1ee.jpg
BAKI, 23 iyun — Sputnik. Beyləqan rayonunda pambıq becərməklə məşğul olan 15 rayon sakininin zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə edilən pestisidlərin təhlükəsizliyi problemini aktuallaşdırıb.Mövsümün davam etdiyini nəzərə alsaq, bu cür hadisələrin təkrarlanması qaçılmazdır. Bəs görəsən pestisidlərdən zəhərlənməmək üçün hansı tədbirlər görülməlidir?Dərmanlama məhsulun keyfiyyətinə təsir edə bilər!Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir.Agentlikdən o da bildirilib ki, pestisidlərin daşınması, istifadəsi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir:Pestisidlərin daşınma qaydasına əməl edilməlidirAQTA-dan həmçinin bildilib ki, pestisidlərin tətbiqi mütləq təlimatına uyğun olaraq həyata keçirilməlidir:"Bundan başqa, əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatında nəzərdə tutulmuş istehlak nisbətlərini və onlardan istifadə dozalarını artırmaq və ya azaltmaq qadağandır. Həmçinin tətbiq edilərkən pestisidin xüsusiyyətinə, toksiklik dərəcəsinə, məsarif normasına diqqət yetirilməlidir. Həmçinin pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya-gigiyena tələbləri gözlənilməklə hermetik qablarda saxlanmalıdır. Eyni zamanda bu kimyəvi maddələr xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Ərzaq məhsulları, yem və sərnişinlərlə birlikdə daşınmasına yol verilməməlidir".Küləkli və yağışlı havada dərmanlama dayandırılmalıdırKimyəvi mübarizə aparılacaq sahənin ətrafına "Sahə dərmanlanmışdır!", "Sahə zəhərlidir!", "Mal-qaranın buraxılması qəti qadağandır!" sözləri yazılmış müvafiq xəbərdaredici lövhələr vurulmalıdır. İnsanların və digər canlıların dərmanlanmış sahəyə daxil olması məhdudlaşdırılmalıdır.Qurumun cavabında deyilir ki, dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir:"Belə ki, pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır. Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmasın".Dərmanlamaqla iş bitmir...Agentliyin məlumatında deyilir ki, dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir:Bundan əlavə tətbiq olunan maddələrdən asılı olaraq onlarla iş vaxtı da fərqli qaydada müəyyən olunub:"Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. On səkkiz yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir".İnsanlar xüsusi geyimdə olmalıdırO da bildirilir ki, pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir:"Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur".Agentlikdən onu da vurğulayıblar ki, xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən təsərrüfat subyektləri işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.Qeyd edək ki, iyunun 22-də Beyləqanda pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. Zəhərlənən şəxslər müvafiq müalicə tədbirlərindən sonra xəstəxanadan evə buraxılıb.Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443255778_151:0:2882:2048_1920x0_80_0_0_058fc49fb8c0264b15332d75a0af47aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəhərlənmə, pambıq
Pambıqçılar nədən zəhərləndi? - Pestisidlərin istifadə dozalarını artırmaq qadağandır!
AQTA bildirir ki, pestisidlərin daşınması, istifadəsi, saxlanması ilə bağlı bir çox tələblərə əməl olunmalıdır. Əks halda zəhərlənmə qaçılmazdır!
BAKI, 23 iyun — Sputnik. Beyləqan rayonunda pambıq becərməklə məşğul olan 15 rayon sakininin zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə edilən pestisidlərin təhlükəsizliyi problemini aktuallaşdırıb.
Mövsümün davam etdiyini nəzərə alsaq, bu cür hadisələrin təkrarlanması qaçılmazdır. Bəs görəsən pestisidlərdən zəhərlənməmək üçün hansı tədbirlər görülməlidir?
Dərmanlama məhsulun keyfiyyətinə təsir edə bilər!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, pestisidlər ziyanverici, xəstəlik və alaq otları ilə mübarizə aparmaq, onlara nəzarət edə bilmək və zərərlərini azaltmaq, eləcə də məhsuldarlığı artırmaq məqsədilə geniş istifadə olunan kimyəvi maddələrdir. Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir.
Agentlikdən o da bildirilib ki, pestisidlərin daşınması, istifadəsi və saxlanması təhlükəsiz qaydada həyata keçirilməlidir:
"Texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq riayət edildikdə, pestisidlər ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə, onlar bitkilərin zərərli orqanizmlərini məhv etməklə itkinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətinin qorunub saxlanmasına səbəb olur".
Pestisidlərin daşınma qaydasına əməl edilməlidir
AQTA-dan həmçinin bildilib ki, pestisidlərin tətbiqi mütləq təlimatına uyğun olaraq həyata keçirilməlidir:
"Bundan başqa, əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatında nəzərdə tutulmuş istehlak nisbətlərini və onlardan istifadə dozalarını artırmaq və ya azaltmaq qadağandır. Həmçinin tətbiq edilərkən pestisidin xüsusiyyətinə, toksiklik dərəcəsinə, məsarif normasına diqqət yetirilməlidir. Həmçinin pestisidlər texniki təhlükəsizlik qaydaları və sanitariya-gigiyena tələbləri gözlənilməklə hermetik qablarda saxlanmalıdır. Eyni zamanda bu kimyəvi maddələr xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Ərzaq məhsulları, yem və sərnişinlərlə birlikdə daşınmasına yol verilməməlidir".
Küləkli və yağışlı havada dərmanlama dayandırılmalıdır
Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına "Sahə dərmanlanmışdır!", "Sahə zəhərlidir!", "Mal-qaranın buraxılması qəti qadağandır!" sözləri yazılmış müvafiq xəbərdaredici lövhələr vurulmalıdır. İnsanların və digər canlıların dərmanlanmış sahəyə daxil olması məhdudlaşdırılmalıdır.
Qurumun cavabında deyilir ki, dərmanlama zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsi şərtdir:
"Belə ki, pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi dayandırılmalıdır. Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı bütün tədbirlər təlimata uyğun aparılmalıdır ki, torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmasın".
Dərmanlamaqla iş bitmir...
Agentliyin məlumatında deyilir ki, dərmanlamadan sonra da bir sıra təhlükəsizlik tədbirləri görülməlidir:
"Preparatın tətbiq təlimatına uyğun olaraq göstərilmiş müddətdə dərmanlanmış sahədə hər hansı aqrotexniki tədbirin aparılması, eləcə də 30 gün müddətində ərazidə mal-qaranın otarılması qadağandır. Arı yeşiklərinə yaxın sahələr isə axşam saatlarında bal arıları pətəyə daxil olduqdan sonra dərmanlanmalıdır".
Bundan əlavə tətbiq olunan maddələrdən asılı olaraq onlarla iş vaxtı da fərqli qaydada müəyyən olunub:
"Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş günü 4 saat, qalan pestisidlərlə isə 6 saat müddətində nəzərdə tutulur. On səkkiz yaşına çatmayanların, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir".
İnsanlar xüsusi geyimdə olmalıdır
O da bildirilir ki, pestisidlərlə işləyərkən qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (xüsusi geyim, rezin əlcək və çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə edilməsi şərtdir:
"Həmçinin şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, göz və selikli qişa vasitəsilə daxil olur".
Agentlikdən onu da vurğulayıblar ki, xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə pestisidləri tətbiq edərkən təsərrüfat subyektləri işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına torpaq mülkiyyətçiləri, fermerlər də ciddi nəzarət etməlidirlər.
Qeyd edək ki, iyunun 22-də Beyləqanda pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. Zəhərlənən şəxslər müvafiq müalicə tədbirlərindən sonra xəstəxanadan evə buraxılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.