https://sputnik.az/20220623/lavrovun-bakiya-seferi-hansi-meseleler-muzakire-olunacaq-443233154.html
Lavrovun Bakıya səfəri: hansı məsələlər müzakirə olunacaq
Lavrovun Bakıya səfəri: hansı məsələlər müzakirə olunacaq
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə olacaq. Bakıda hansı məsələlərin müzakirə ediləcəyi haqqında - videomuza... 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T11:20+0400
2022-06-23T11:20+0400
2022-06-23T11:20+0400
video
azərbaycan
sergey lavrov
xin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443232763_0:0:1920:1080_1920x0_80_0_0_2022d9d73a13cb9d7569337b86f09db7.jpg
Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaların memarlarından biridir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq, analitik Sahil İsgəndərov deyib.Onun sözlərinə görə, Rusiya regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında fəal iştirak edir."Rusiyanın postsovet məkanında inteqrasiya baxımından çox fəallaşdığını nəzərə alsaq, dövlətlərimizin hər zaman müzakirə edəcəyi nələrsə var", - deyə İsgəndərov bildirib.Sputnik Azərbaycan -ın həmsöhbəti hesab edir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov onunla görüşdə Türkiyə və Ermənistana səfəri zamanı əvvəllər müzakirə etdiyi bəzi ideya və məsələləri müzakirə edəcək.Analitik hesab edir ki, Rusiya XİN rəhbərinin və diplomatik korpusun Türkiyəyə bütün səfərləri Cənubi Qafqaza aid olan məsələlərlə bağlıdır.Politoloq onu da vurğulayıb ki, İrəvan Azərbaycanla münasibətlərdə konstruktiv mövqe tutmayınca Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq.Təhlilçinin fikrincə, Rusiya-Azərbaycan münasibətləri son illər Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi hadisələrə əsaslanmır."Üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə gəlincə, bu, həm əvvəllər, həm də indi münasibətlərin normallaşdırılması prosesini uzatmaq kimi qədim erməni taktikası ilə bağlıdır", - deyə İsgəndərov bildirib.Həmsöhbətimiz əmindir ki, Ermənistan tərəfinin Qarabağın "statusu" ilə bağlı sualı məhz Brüsselin aktivləşməsindən sonra ortaya çıxıb."Azərbaycan və Ermənistan, eləcə də regionun digər ölkələri ilə münasibətlərin normallaşması üçün əsas sənəd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişdir", - deyə İsgəndərov sözünü yekunlaşdırıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/17/443232763_240:0:1680:1080_1920x0_80_0_0_561d3a97f0884579409f5bd74d17d3b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
azərbaycan, sergey lavrov, xin, видео
azərbaycan, sergey lavrov, xin, видео
Lavrovun Bakıya səfəri: hansı məsələlər müzakirə olunacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə olacaq. Bakıda hansı məsələlərin müzakirə ediləcəyi haqqında - videomuza baxın.
Azərbaycan Rusiya və Türkiyə ilə birlikdə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyaların memarlarından biridir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq, analitik Sahil İsgəndərov deyib.
Onun sözlərinə görə, Rusiya regionda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında fəal iştirak edir.
"Rusiyanın postsovet məkanında inteqrasiya baxımından çox fəallaşdığını nəzərə alsaq, dövlətlərimizin hər zaman müzakirə edəcəyi nələrsə var", - deyə İsgəndərov bildirib.
Sputnik Azərbaycan -ın həmsöhbəti hesab edir ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov onunla görüşdə Türkiyə və Ermənistana səfəri zamanı əvvəllər müzakirə etdiyi bəzi ideya və məsələləri müzakirə edəcək.
Analitik hesab edir ki, Rusiya XİN rəhbərinin və diplomatik korpusun Türkiyəyə bütün səfərləri Cənubi Qafqaza aid olan məsələlərlə bağlıdır.
Politoloq onu da vurğulayıb ki, İrəvan Azərbaycanla münasibətlərdə konstruktiv mövqe tutmayınca Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq.
Təhlilçinin fikrincə, Rusiya-Azərbaycan münasibətləri son illər Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi hadisələrə əsaslanmır.
"Üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə gəlincə, bu, həm əvvəllər, həm də indi münasibətlərin normallaşdırılması prosesini uzatmaq kimi qədim erməni taktikası ilə bağlıdır", - deyə İsgəndərov bildirib.
Həmsöhbətimiz əmindir ki, Ermənistan tərəfinin Qarabağın "statusu" ilə bağlı sualı məhz Brüsselin aktivləşməsindən sonra ortaya çıxıb.
"Azərbaycan və Ermənistan, eləcə də regionun digər ölkələri ilə münasibətlərin normallaşması üçün əsas sənəd 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişdir", - deyə İsgəndərov sözünü yekunlaşdırıb.