https://sputnik.az/20220623/goranboyda-selin-vurdugu-ziyan-aciqlandi-443242857.html
Goranboyda selin vurduğu ziyan açıqlandı
Goranboyda selin vurduğu ziyan açıqlandı
Sputnik Azərbaycan
Rafət Qurbanov sel nəticəsində dəyən ziyanla bağlı Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacağını bildirib. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T14:59+0400
2022-06-23T14:59+0400
2022-06-23T14:59+0400
cəmiyyət
goranboy
sel
ziyan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358669_0:51:1000:614_1920x0_80_0_0_451026e15007a9150efa31becca8e77e.jpg
BAKI, 23 iyun — Sputnik. Ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə yağan güclü yağışlar nəticəsində qəsəbəyə sel suları gəlib, Gorançayda suyun səviyyəsi həddindən artıq qalxıb. Bunu Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov deyib. Onun sözlərinə görə, sel bir neçə fərdi yaşayış evinə ziyan vurub, eyni zamanda, küçələrə, qaz və elektrik xətlərinə ziyan dəyib.İcra başçısının müavini bildirib ki, hazırda evlərə elektrik enerjisi verilsə də, qaz xətlərində problemlər var, Qaz istismar İdarəsinin qəza xidməti ərazidə çalışır və yaxın saatlarda bu məsələ həllini tapacaq.Əraziyə ezam olunduqlarını diqqətə çatdıran Rafət Qurbanov vurğulayıb ki, qərargah yaradılıb, qərargaha Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, eyni zamanda, FHN-in Aran Regional Mərkəzinin xilasediciləri, şəxsi heyəti selin fəsadlarını aradan qaldırır.Rafət Qurbanov qeyd edib ki, hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir: "Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacaq, qəsəbəyə nümayəndə heyəti dəvət olunacaq".İcra başçısının müavini xatırladıb ki, bu qəsəbə 2002-ci ildə inşa olunub: "Qəsəbənin inşası zamanı bəzi hallarda yerli şərait, relyef nəzərə alınmayıb. Əvvəllər sel kanalları olan ərazidə binalar inşa olunub. Yəqin ki, yaxın vaxtda bununla bağlı məsələ qaldırılacaq və bu ərazilərdə yenidən sel kanalları bərpa olunacaq".Dünən axşam saatlarından başlayaraq Goranboy rayonu Ağcakənd qəsəbəsinə gələn sel nəticəsində həmçinin ətraf evlərə, həyətyanı ərazilərə su dolub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin şəxsi heyəti əraziyə ezam olunub. FHN-in Aran Regional Mərkəzinin rəis müavini, mayor Ruhan Nəsibov bildirib ki, dünəndən başlayaraq Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 6 ailəyə köməklik göstərilib və xilas olunub: "Bundan başqa, 6 evdə su çəkmə, lildən təmizləmə əməliyyatları həyata keçirilib. 50-dən artıq evə ziyan dəyib. Hazırda Regional Mərkəzin əməkdaşları tərəfindən suçəkmə və lildən təmizləmə əməliyyatları davam etdirilir".Rəis müavini qeyd edib ki, eyni zamanda, sel vaxtı 6 avtomobilə ziyan dəyib: "Bizim əməkdaşlar tərəfindən köməklik göstərilib, ailə ilə birlikdə 6 avtomobil həmin ərazidən götürülüb. Hazırda 20 əməkdaşımız ərazidə işləyir, avtomobillərimiz hadisə yerindədir".Qeyd edək ki, dünən Goranboyun Ağcakənd qəsəbəsində selin yaratdığı mənzərəni əks etdirən video görüntülər paylaşılmışdı.(APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/15/440358669_57:0:944:665_1920x0_80_0_0_20eed6b6e7987a925a519d9774a7ef1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
goranboy, sel, ziyan
Goranboyda selin vurduğu ziyan açıqlandı
Rafət Qurbanov sel nəticəsində dəyən ziyanla bağlı Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacağını bildirib.
BAKI, 23 iyun — Sputnik. Ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə yağan güclü yağışlar nəticəsində qəsəbəyə sel suları gəlib, Gorançayda suyun səviyyəsi həddindən artıq qalxıb. Bunu Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov deyib. Onun sözlərinə görə, sel bir neçə fərdi yaşayış evinə ziyan vurub, eyni zamanda, küçələrə, qaz və elektrik xətlərinə ziyan dəyib.
İcra başçısının müavini bildirib ki, hazırda evlərə elektrik enerjisi verilsə də, qaz xətlərində problemlər var, Qaz istismar İdarəsinin qəza xidməti ərazidə çalışır və yaxın saatlarda bu məsələ həllini tapacaq.
Əraziyə ezam olunduqlarını diqqətə çatdıran Rafət Qurbanov vurğulayıb ki, qərargah yaradılıb, qərargaha Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, eyni zamanda, FHN-in Aran Regional Mərkəzinin xilasediciləri, şəxsi heyəti selin fəsadlarını aradan qaldırır.
Rafət Qurbanov qeyd edib ki, hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir: "Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacaq, qəsəbəyə nümayəndə heyəti dəvət olunacaq".
İcra başçısının müavini xatırladıb ki, bu qəsəbə 2002-ci ildə inşa olunub: "Qəsəbənin inşası zamanı bəzi hallarda yerli şərait, relyef nəzərə alınmayıb. Əvvəllər sel kanalları olan ərazidə binalar inşa olunub. Yəqin ki, yaxın vaxtda bununla bağlı məsələ qaldırılacaq və bu ərazilərdə yenidən sel kanalları bərpa olunacaq".
Dünən axşam saatlarından başlayaraq Goranboy rayonu Ağcakənd qəsəbəsinə gələn sel nəticəsində həmçinin ətraf evlərə, həyətyanı ərazilərə su dolub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin şəxsi heyəti əraziyə ezam olunub. FHN-in Aran Regional Mərkəzinin rəis müavini, mayor Ruhan Nəsibov bildirib ki, dünəndən başlayaraq Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən köməksiz vəziyyətdə qalan 6 ailəyə köməklik göstərilib və xilas olunub: "Bundan başqa, 6 evdə su çəkmə, lildən təmizləmə əməliyyatları həyata keçirilib. 50-dən artıq evə ziyan dəyib. Hazırda Regional Mərkəzin əməkdaşları tərəfindən suçəkmə və lildən təmizləmə əməliyyatları davam etdirilir".
Rəis müavini qeyd edib ki, eyni zamanda, sel vaxtı 6 avtomobilə ziyan dəyib: "Bizim əməkdaşlar tərəfindən köməklik göstərilib, ailə ilə birlikdə 6 avtomobil həmin ərazidən götürülüb. Hazırda 20 əməkdaşımız ərazidə işləyir, avtomobillərimiz hadisə yerindədir".
Qeyd edək ki, dünən Goranboyun Ağcakənd qəsəbəsində selin yaratdığı mənzərəni əks etdirən video görüntülər paylaşılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.