https://sputnik.az/20220623/bol-amma-elcatmaz-gilas-niye-bu-qeder-bahadir-443101085.html
Bol, amma əlçatmaz: Gilas niyə bu qədər bahadır?
Bol, amma əlçatmaz: Gilas niyə bu qədər bahadır?
Sputnik Azərbaycan
Fermerlərin sözlərinə görə, bu il Azərbaycanda gilas bol və sağlamdır. Alıcılar isə məhsulu bağlardan taraş edirlər. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T09:30+0400
2022-06-23T09:30+0400
2022-06-23T09:30+0400
gilas
cəmiyyət
xaçmaz
quba
fermer
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425889450_0:0:3072:1728_1920x0_80_0_0_2f79a60ace9fbe415960cf8839924c16.jpg
BAKI, 23 iyun — Sputnik. Bu il Azərbaycanda gilasın qiyməti əvvəlki illərlə müqayisədə xeyli bahadır. Ölkədə gilas bağlarının sayı durmadan artsa da, qiymətlərin baha olması hər kəsi təəccübləndirir. Sputnik Azərbaycan-ın bölgə müxbiri bu səbəbi öyrənmək üşün gilas istehsalı və satışı ilə məşğul olan fermerlərlə əlaqə saxlayıb.Quba və Xaçmaz rayonları alma ilə yanaşı gilasın da vətəni hesab edilir. Burada yetişdirilən növbənöv gilaslar ölkəmizin bütün bölgələrinə və xarici bazarlara daşınır. Bu rayonlarda meyvənin məhsuldarlığı ildən ilə dəyişilir. Bu il məhsuldarlıq yaxşı olduğundan, fermerlər vəziyyətdən məmnundurlar.Xaçmazın Qoçaqlı kənd sakini Mirzə Davudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu ilki məhsuldarlıq onların ürəyincə olub. Yağan aramsız yağışlar onları narahat etsə də, son anda bəxtləri gətirib:"Əvvəlki illərə baxanda, yaz soyuq keçdi. May ayında yağan yağışlar bizi narahat edirdi. Bəxtimiz onda gətirdi ki, meyvə yetişməyə başlayan kimi yağışlar kəsdi. Əgər gilas yetişməyə başlayanda yağış yağsaydı, meyvələr çatlayıb yararsız hala düşəcəkdi".Fermer qeyd edib ki, bu il məhsuldarlıq əvvəlki illərə baxanda daha yaxşıdır. Həm də meyvələr sağlamdır.Xaçmazın Qoçaqlı kəndi rayonun digər kəndlərindən gilas bağlarının çoxluğuna görə fərqlənir. Burada 150 hektardan artıq gilas bağları var.Xaçmazın Sabiroba kənd sakini Nurlan Qurbanov bu il məhsulun bol, qiymətlərin isə yüksək olduğunu bildirib:"Məhsul may ayının axırlarında yığılmağa başlayıb. Gilasın tezyetişən növləri artıq bölgə və paytaxt bazarlarına çıxarılıb".Bazara ilk çıxanda gilasın qiymətləri kifayət qədər baha olub. İndi məhsul hər yerdə yetişdiyindən, qiymətlər nisbətən aşağı düşüb. Amma yenə də gilasın kiloqramı yerində 4-5 manata satılır. Qurbanov deyir ki, hazırda gilasın "Ala gilası" və "Öküzəri" növləri çox toplanır. Son günlər yığılan məhsulları Rusiya bazarlarına yola salınır."Yağışın yağmasından ehtiyat edərək məhsulun toplanması üçün əlavə işçi qüvvəsi cəlb etmişik. Aramsız yağışlar yağmağa başlayarsa, gilas çatlayacaq və məhsul xarab olacaq", - sahibkar deyib.Xaçmaz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayevin sözlərinə görə bu il ümumilikdə məhsuldarlıq da, qiymətlər də ürəkaçandır. Xaçmazda 3500 hektardan artıq gilas sahələri var. Hələ yığım davam etdiyindən, mövsümdə nə qədər məhsulun toplandığını demək mümkün deyil."İldən ilə yeni bağlar salınır. Bu il gilas sahəsində həm məhsuldarlıq yüksəkdir, həm də alıcı sayı yetərincədir. Məhsul da sağlamdır. Demək olar ki, yığılan məhsul qalmır, hamısı satılır. İyun ayın sonuna qədər gilas yığımı davam edəcək", - Q.Ağabalayev bildirib.Xaçmazda gilasın bir neçə növü yetişdirilir. Onlardan ən çox yetişdirilənləri "Öküzürəyi", "Napoleon" , "Krım" və "Romanovka" növləridir.Sahibkarların dediyinə görə, gilas yığımına görə fəhlələrə hər bir kiloqram üçün 0.50-0.60 AZN ödənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425889450_341:0:3072:2048_1920x0_80_0_0_4f346977542dc46c18da3cdb052e595c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Leyla Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427253037_0:5:864:869_100x100_80_0_0_f0cb62efb4dc95d6813818a51b84faa9.jpg
gilas, xaçmaz, quba, fermer
gilas, xaçmaz, quba, fermer
Bol, amma əlçatmaz: Gilas niyə bu qədər bahadır?
Fermerlərin sözlərinə görə, bu il Azərbaycanda gilas bol və sağlamdır. Alıcılar isə məhsulu bağlardan taraş edirlər.
BAKI, 23 iyun — Sputnik. Bu il Azərbaycanda gilasın qiyməti əvvəlki illərlə müqayisədə xeyli bahadır. Ölkədə gilas bağlarının sayı durmadan artsa da, qiymətlərin baha olması hər kəsi təəccübləndirir. Sputnik Azərbaycan-ın bölgə müxbiri bu səbəbi öyrənmək üşün gilas istehsalı və satışı ilə məşğul olan fermerlərlə əlaqə saxlayıb.
Quba və Xaçmaz rayonları alma ilə yanaşı gilasın da vətəni hesab edilir. Burada yetişdirilən növbənöv gilaslar ölkəmizin bütün bölgələrinə və xarici bazarlara daşınır. Bu rayonlarda meyvənin məhsuldarlığı ildən ilə dəyişilir. Bu il məhsuldarlıq yaxşı olduğundan, fermerlər vəziyyətdən məmnundurlar.
Xaçmazın Qoçaqlı kənd sakini Mirzə Davudovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu ilki məhsuldarlıq onların ürəyincə olub. Yağan aramsız yağışlar onları narahat etsə də, son anda bəxtləri gətirib:
"Əvvəlki illərə baxanda, yaz soyuq keçdi. May ayında yağan yağışlar bizi narahat edirdi. Bəxtimiz onda gətirdi ki, meyvə yetişməyə başlayan kimi yağışlar kəsdi. Əgər gilas yetişməyə başlayanda yağış yağsaydı, meyvələr çatlayıb yararsız hala düşəcəkdi".
Fermer qeyd edib ki, bu il məhsuldarlıq əvvəlki illərə baxanda daha yaxşıdır. Həm də meyvələr sağlamdır.
Xaçmazın Qoçaqlı kəndi rayonun digər kəndlərindən gilas bağlarının çoxluğuna görə fərqlənir. Burada 150 hektardan artıq gilas bağları var.
Xaçmazın Sabiroba kənd sakini Nurlan Qurbanov bu il məhsulun bol, qiymətlərin isə yüksək olduğunu bildirib:
"Məhsul may ayının axırlarında yığılmağa başlayıb. Gilasın tezyetişən növləri artıq bölgə və paytaxt bazarlarına çıxarılıb".
Bazara ilk çıxanda gilasın qiymətləri kifayət qədər baha olub. İndi məhsul hər yerdə yetişdiyindən, qiymətlər nisbətən aşağı düşüb. Amma yenə də gilasın kiloqramı yerində 4-5 manata satılır. Qurbanov deyir ki, hazırda gilasın "Ala gilası" və "Öküzəri" növləri çox toplanır. Son günlər yığılan məhsulları Rusiya bazarlarına yola salınır.
"Yağışın yağmasından ehtiyat edərək məhsulun toplanması üçün əlavə işçi qüvvəsi cəlb etmişik. Aramsız yağışlar yağmağa başlayarsa, gilas çatlayacaq və məhsul xarab olacaq", - sahibkar deyib.
Xaçmaz rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayevin sözlərinə görə bu il ümumilikdə məhsuldarlıq da, qiymətlər də ürəkaçandır. Xaçmazda 3500 hektardan artıq gilas sahələri var. Hələ yığım davam etdiyindən, mövsümdə nə qədər məhsulun toplandığını demək mümkün deyil.
"İldən ilə yeni bağlar salınır. Bu il gilas sahəsində həm məhsuldarlıq yüksəkdir, həm də alıcı sayı yetərincədir. Məhsul da sağlamdır. Demək olar ki, yığılan məhsul qalmır, hamısı satılır. İyun ayın sonuna qədər gilas yığımı davam edəcək", - Q.Ağabalayev bildirib.
Xaçmazda gilasın bir neçə növü yetişdirilir. Onlardan ən çox yetişdirilənləri "Öküzürəyi", "Napoleon" , "Krım" və "Romanovka" növləridir.
Sahibkarların dediyinə görə, gilas yığımına görə fəhlələrə hər bir kiloqram üçün 0.50-0.60 AZN ödənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.