Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beyləqanda 15 nəfər pambıqdan zəhərlənib - TƏBİB-dən açıqlama

© Sputnik / Leyla AbdullayevaPambıq sahəsi, arxiv şəkli
Pambıq sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Abunə olmaq
TƏBİB pambıqdan zəhərlənənlərin səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.
BAKI, 23 iyun — Sputnik. Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub. Pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünən axşam saatlarında zəhərlənmə əlamətləri ilə müraciət edən 15 nəfərin vəziyyəti qənaətbəxşdir.
Zəhərlənmə diaqnozu olduğundan onlar xəstəxana şəraitində nəzarətdə saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0