Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda İctimai Şura yaradılmalıdır - Təklif var

© Joe Raedle / Getty Images / AFPimza
imza - Sputnik Azərbaycan, 1920, 23.06.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Vəkil Türkel Süleymanlı deyir ki, Azərbaycanda bəzi millət vəkillərinin sərbəst inşa yazmaq qabiliyyəti yoxdur
BAKI, 23 iyun — Sputnik. Elə deputatlar var ki, illərlə dilindən söz çıxmır. Elə özlərinin yazdıqları qanunları onlara diktə edin, görün nə qədər hərf səhvi buraxacaq. Qədimdə Çində bir insanı vəzifəyə təyin etdikdə o inşa yazmalı olurdu. Əslində görün nə qədər ağıllı bir sistemdir. Azərbaycana gəldikdə isə, deputatların nə qədərinin sərbəst inşa yazmaq bacarıqlarının olub-olmaması sual doğurur.
Bunu vəkil Türkel Süleymanlı saytımıza açıqlamasında deyib. Lakin buna baxmayaraq T.Süleymanlı savadlı millət vəkillərinin də olduğunu etiraf edir.
O qanunların müzakirəsində ictimai dinləmələrin olmasının vacibliyini vurğulayır: "Azərbaycanda hansısa qanunun müzakirəsində ictimai dinləmələrin olduğunu görməmişik. İsveçrə modelinə nəzər yetirək, bu ölkədə bütün qanunlar referendumla qəbul olunur. Ölkəmizdə də müəyyən həlledici qanunlara görə referendum olmalıdır".
Bundan başqa, vəkil Azərbaycanda İctimai Palatanın yaradılmasına ehtiyac olduğunu da vurğulayıb: "Rejissor, şair olmasından asılı olmayaraq cəmiyyət üçün kifayət qədər faydalı şəxslər var. Yaxud da, böyük həyat təcrübəsi olan aktyorlarımız, incəsənət xadimlərimiz, bəstəkarlarımız var. İctimai Şuraya üzvlər real seçim yolu ilə seçilməlidirlər. Yaradılması vacib olan bu İctimai Şura üzvlərinin sayı 80-100 nəfərdən ibarət ola bilər".
"Yəni hər hansı məsələ Milli Məclisdən öncə orada ictimai dinləmədən keçirilməlidir. Elə ağsaqqallarımız var ki, onları ovcumuzda saxlamalıyıq. Məgər hansısa bir qanun hazırlananda Rasim Balayevin fikri hansısa deputatdan daha dəyərsizmi olacaq?!", - deyə o əlavə edib.
Xəbər lenti
0