https://sputnik.az/20220623/azerbaycan-ve-fransa-xn-ucterefli-beyanatlarin-icrasini-muzakire-edib-443259153.html
Azərbaycan və Fransa XİN üçtərəfli bəyanatların icrasını müzakirə edib
Azərbaycan və Fransa XİN üçtərəfli bəyanatların icrasını müzakirə edib
Sputnik Azərbaycan
XİN-dən bildirilib ki, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T17:58+0400
2022-06-23T17:58+0400
2022-06-23T17:58+0400
fransa
azərbaycan xəbərləri
azərbaycan xin
xin
məsləhətləşmə
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_0:0:3072:1728_1920x0_80_0_0_927c69b5ba4d5f6512df46805625f891.jpg
BAKI, 23 iyun — Sputnik. Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib.Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. Tərəflər bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, postmünaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.Parisə səfəri çərçivəsində nazir müavini Xələf Xələfov həmçinin Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədr müavini Joel Qerrio ilə, habelə Fransa Şirkətlər Hərəkatına (MEDEF) daxil olan aparıcı fransız şirkətləri təmsilçiləri, beyin mərkəzləri və Fransanın elmi, siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq və regional məsələlər, Fransa şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturunun formalaşdırılmasında, xüsusən də Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_341:0:3072:2048_1920x0_80_0_0_112dca2c5629426e856a187b36ead31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, azərbaycan xin, xin, məsləhətləşmə
fransa, azərbaycan xin, xin, məsləhətləşmə
Azərbaycan və Fransa XİN üçtərəfli bəyanatların icrasını müzakirə edib
XİN-dən bildirilib ki, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib.
BAKI, 23 iyun — Sputnik. Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa idarəsinin direktoru Frederik Mondoloni rəhbərlik edib.
Danışıqlar zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, regional məsələlər, Azərbaycanın Avropa dövlətləri və Avropa İttifaqı ilə münasibətləri müzakirə edilib. Tərəflər bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, postmünaqişə kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Parisə səfəri çərçivəsində nazir müavini Xələf Xələfov həmçinin Fransa Senatının Xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədr müavini Joel Qerrio ilə, habelə Fransa Şirkətlər Hərəkatına (MEDEF) daxil olan aparıcı fransız şirkətləri təmsilçiləri, beyin mərkəzləri və Fransanın elmi, siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı beynəlxalq və regional məsələlər, Fransa şirkətlərinin Cənubi Qafqazda sülh prosesləri nəticəsində yarana biləcək yeni nəqliyyat və logistika infrastrukturunun formalaşdırılmasında, xüsusən də Azərbaycanda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.