https://sputnik.az/20220623/avropa-yenidenqurma-ve-inkisaf-banki-azerbaycandaki-yasil-layiheleri-destekleyecek-443249181.html
Avropa yenidənqurma və inkişaf bankı Azərbaycandakı "yaşıl layihələri" dəstəkləyəcək
Avropa yenidənqurma və inkişaf bankı Azərbaycandakı "yaşıl layihələri" dəstəkləyəcək
Sputnik Azərbaycan
Avropa yenidənqurma və inkişaf bankı Azərbaycanda külək və günəş enerjisinin yaradılması sahəsində layihənin imzalanmasının yekun mərhələsindədir. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T16:31+0400
2022-06-23T16:31+0400
2022-06-23T16:31+0400
azərbaycan xəbərləri
qara dəniz
bank
ticarət
inkişaf
https://cdnn1.img.sputnik.az/img/42342/02/423420294_0:0:1500:844_1920x0_80_0_0_54bc91910b44d5d7b59398a5596416f8.jpg
BAKI, 23 iyun — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yaşıl enerji layihələrinin inkişafına dəstəyini davam etdirəcək. Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısında AYİB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.Onun sözlərinə görə, bu il AYİB Azərbaycanda davamlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihəyə start verəcək.Beləliklə, AYİB bu yay külək və günəş enerjisi sahəsində layihənin imzalanmasının Azərbaycan üzrə son mərhələsindədir.Mahmudova əlavə edib ki, bu il rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparılacaq. Bundan əlavə, Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu /TBNM) üzərində vurğulanmaqla nəqliyyat sektorunun inkişafı üzrə işlər aparılacaq.AYİB-nın Bakıdakı rəhbəri bildirib ki, bank öz işində mövcud regional vəziyyəti nəzərə alır.Mahmudova, həmçinin, əlavə edib ki, ərzaq təhlükəsizliyi də mühüm məsələdir və Azərbaycan bu işdə mühüm rol oynaya bilər.Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda iclasıBakıda maliyyə naziri, bankın Azərbaycan üzrə nümayəndəsi Samir Şərifovun sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü illik iclası keçirilir.İclasda QDTİB-ə üzv ölkələrin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.İclas iştirakçıları üzv ölkələr arasında bank və biznes sektorunda mövcud imkanların daha da genişləndirilməsini müzakirə edirlər.Tədbirin ikinci günü, iyunun 24-də "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu" mövzusunda biznes forum təşkil olunacaq.Biznes forum Azərbaycan hökumətinin, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və regional biznes assosiasiyalarının iştirakı ilə keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42342/02/423420294_261:0:1500:929_1920x0_80_0_0_eebc6e86e13f91e23478f7819195e021.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qara dəniz, bank, ticarət, inkişaf
qara dəniz, bank, ticarət, inkişaf
Avropa yenidənqurma və inkişaf bankı Azərbaycandakı "yaşıl layihələri" dəstəkləyəcək
Avropa yenidənqurma və inkişaf bankı Azərbaycanda külək və günəş enerjisinin yaradılması sahəsində layihənin imzalanmasının yekun mərhələsindədir.
BAKI, 23 iyun — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yaşıl enerji layihələrinin inkişafına dəstəyini davam etdirəcək. Bunu Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısında AYİB-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
Onun sözlərinə görə, bu il AYİB Azərbaycanda davamlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihəyə start verəcək.
Beləliklə, AYİB bu yay külək və günəş enerjisi sahəsində layihənin imzalanmasının Azərbaycan üzrə son mərhələsindədir.
Mahmudova əlavə edib ki, bu il rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparılacaq. Bundan əlavə, Orta Dəhliz (Transxəzər beynəlxalq nəqliyyat marşrutu /TBNM) üzərində vurğulanmaqla nəqliyyat sektorunun inkişafı üzrə işlər aparılacaq.
AYİB-nın Bakıdakı rəhbəri bildirib ki, bank öz işində mövcud regional vəziyyəti nəzərə alır.
Mahmudova, həmçinin, əlavə edib ki, ərzaq təhlükəsizliyi də mühüm məsələdir və Azərbaycan bu işdə mühüm rol oynaya bilər.
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda iclası
Bakıda maliyyə naziri, bankın Azərbaycan üzrə nümayəndəsi Samir Şərifovun sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü illik iclası keçirilir.
İclasda QDTİB-ə üzv ölkələrin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.
İclas iştirakçıları üzv ölkələr arasında bank və biznes sektorunda mövcud imkanların daha da genişləndirilməsini müzakirə edirlər.
Tədbirin ikinci günü, iyunun 24-də "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu" mövzusunda biznes forum təşkil olunacaq.
Biznes forum Azərbaycan hökumətinin, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və regional biznes assosiasiyalarının iştirakı ilə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.