https://sputnik.az/20220623/agilli-agalida-ne-qeder-sakin-yasayacaq---resmi-443232898.html
Ağıllı Ağalıda nə qədər sakin yaşayacaq? - Rəsmi
Ağıllı Ağalıda nə qədər sakin yaşayacaq? - Rəsmi
Sputnik Azərbaycan
Kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istədiyini bildirib. 23.06.2022, Sputnik Azərbaycan
2022-06-23T11:11+0400
2022-06-23T11:11+0400
2022-06-23T11:11+0400
cəmiyyət
azərbaycan
beynəlxalq qırmızı xaç komitəsi
görüş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431513_0:26:2500:1432_1920x0_80_0_0_baa02f37674335060f2b746b4ec09ba4.jpg
BAKI, 23 iyun — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Draqana Kojiç ilə görüşüb.Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.Qeyd edək ki, Ağalı kəndində 200 fərdi evin tikintisi yekunlaşıb. Növbəti mərhələdə isə daha 150 evin tikintisi nəzərdə tutulub.Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb.Bu il kənddə həmçinin DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431513_278:0:2222:1458_1920x0_80_0_0_2274a72e5277f7222ac2d6a908f5ce3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, beynəlxalq qırmızı xaç komitəsi, görüş
azərbaycan, beynəlxalq qırmızı xaç komitəsi, görüş
Ağıllı Ağalıda nə qədər sakin yaşayacaq? - Rəsmi
Kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istədiyini bildirib.
BAKI, 23 iyun — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Draqana Kojiç ilə görüşüb.
Komitədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Qeyd edək ki, Ağalı kəndində 200 fərdi evin tikintisi yekunlaşıb. Növbəti mərhələdə isə daha 150 evin tikintisi nəzərdə tutulub.
Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb.
Bu il kənddə həmçinin DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.