DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidГорода Ашхабад, фото из архива
Города Ашхабад, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi iyunun 28-də Aşqabadda keçiriləcək.
BAKI, 22 iyun — Sputnik. İyunun 28-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi iyunun 28-də Aşqabadda keçiriləcək.
Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun müşavirədə iştirak edəcəyini söyləyib: “Müşavirə iyunun 29-da Aşqabadda keçirilməsi planlaşdırılan Altıncı Xəzər sammitinin (Xəzəryanı ölkələrin dövlət başçılarının - red.) hazırlığına həsr olunub. XİN başçılarının bundan əvvəl analoji görüşü 2018-ci il avqustun 11-də Aktauda, Beşinci Xəzər sammiti öncəsi keçirilmişdi. Həmin sammitdə Xəzərin hüquqi statusu ilə bağlı Konvesniya imzalanmışdı”.
Xəbər lenti
0