CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tbilisiyə getmək istəyənlərə şad xəbər

© Sputnik / Alexander Imedashvili Tbilisi
Tbilisi - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk reysə iyulun 1-dən başlanılacaq.
BAKI, 22 iyun — Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında və aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Bakı istiqamətində eyni zamanda "Buta Airways" aşağıbüdcəli aviaşirkəti hər gün iki dəfə uçuşlar həyata keçirir.
Xəbər lenti
0