CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə tarixi abidədə qanunsuz qazıntı aparan şəxslər müəyyən olunublar

© Sputnik / Ilham MustafayevKeşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri
Keşikçidağda arxeoloji kəşfiyyat və tədqiqat işləri - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib, faktla bağlı isə Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır
BAKI, 22 iyun — Sputnik. İyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri - Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.
Xəbər lenti
0