https://sputnik.az/20220622/rusvet-almaqda-teqsirlendirilen-vezifeli-sexslerin-istintaqi-basa-catib-443187243.html
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin istintaqı başa çatıb
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin istintaqı başa çatıb
Sputnik Azərbaycan
Qanunsuzluğa görə vətəndaşdan rüşvət alan vəzifəlilərin istintaqı yekunlaşıb 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T11:43+0400
2022-06-22T11:43+0400
2022-06-22T11:43+0400
rüşvət
cəmiyyət
məhkəmə
ittiham
cinayət işi
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_0:140:2001:1265_1920x0_80_0_0_3dec29a555dbdd1fc710400d0f0b38d8.jpg
BAKI, 22 iyun — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.Baş Prokurorluğun məlumatına görə, aparılan istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.R.Abuşov və R.Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_62:0:1937:1406_1920x0_80_0_0_3ee162ddfe509675dbc4ee230dca4e20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rüşvət, məhkəmə, ittiham, cinayət işi
rüşvət, məhkəmə, ittiham, cinayət işi
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərin istintaqı başa çatıb
Qanunsuzluğa görə vətəndaşdan rüşvət alan vəzifəlilərin istintaqı yekunlaşıb
BAKI, 22 iyun — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun məlumatına görə, aparılan istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də, bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
R.Abuşov və R.Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.