Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İran arxivlərində Azərbaycana aid sənədlərə dair işçi qrup yaradıla bilər

© AFP 2023 / IRANIAN SUPREME LEADER'S WEBSITETehran şəhərinə mənzərə, arxiv şəkli
Tehran şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Nazir Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Nazirliyin xəbərinə görə, səfər çərçivəsində həmçinin, İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin nəzdində fəaliyyət göstərən İran Kino və Audiovizual işləri təşkilatının rəhbərliyi ilə görüş keçirilib.
Nazir A.Kərimov ölkəmizdə kino sahəsinin inkişafının Nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək, Azərbaycanda yeni yaradılmış Kino Agentliyinə dair məlumat verib. İranın kino sahəsində geniş təcrübəyə malik olduğu, bu sahədə qarşılıqlı əməkdaşlığın faydalı olacağı qeyd olunub. Bu kontekstdə, müştərək kino festivallarının, qarşılıqlı kino həftələrinin təşkilinin əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyi vurğulanıb. Həmçinin, kino sahəsində mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunulub. A.Kərimov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sənədli filmlərin çəkilməsinin əhəmiyyətinə İran tərəfinin diqqətini çəkib.
Görüşdə eyni zamanda, birgə bədii, sənədli filmlərin, qısametrajlı, eləcə də cizgi filmlərinin çəkilməsi üçün mövcud imkanların istifadə edilməsinin vacibliyi qeyd olunub. Sonda, kino muzeyi ilə tanışlıq baş tutub.
Anar Kərimov həmçinin İranın Milli Kitabxana və Arxiv idarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşüb. Görüşdə Azərbaycanla İran arasında kitabxana və arxiv sahələrində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Nazir İranın zəngin arxivlərində Azərbaycana, xüsusilə də ölkəmizin Qarabağ bölgəsinə dair əlyazmaların saxlanıldığına istinad edərək, bu sahədə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirib. Eyni zamanda Ermənistan ərazisində mövcud olmuş xalqımıza məxsus zəngin mədəni irsimizə, dini abidələrimizə aid İran arxivlərində mövcud sənədlərlə tanışlıq, onların araşdırılması istiqamətində birgə fəaliyyət aparılmasının önəmi qeyd olunub.
Ə.Muxtarpur öz növbəsində rəhbərlik etdiyi qurumla ölkəmizin müvafiq qurumları arasında kitabxana və arxiv sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib. Bu kontekstdə, İran kitabxana və arxivlərində saxlanılan sənədlərlə tanışlıq və birgə araşdırmaların aparılması üçün işçi qrupun yaradılmasının məqsədəuyğunluğuna da diqqət çəkilib.
Xəbər lenti
0