https://sputnik.az/20220622/maliyye-naziri-budce-xercleri-81-faiz-artirilir-443193970.html
Maliyyə naziri: Büdcə xərcləri 8,1 faiz artırılır
Maliyyə naziri: Büdcə xərcləri 8,1 faiz artırılır
Sputnik Azərbaycan
2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının əsas hədəfi artan gəlirlərin prioritet dövlət vəzifələrinin həlli üçün əlavə maliyyə təminatının... 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T12:43+0400
2022-06-22T12:43+0400
2022-06-22T13:00+0400
büdcə
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_0:0:2001:1125_1920x0_80_0_0_0bf6dc2d4a02427fe32bbda2ebc93704.jpg.webp
BAKI, 22 iyun - Sputnik. Parlamentdə maliyyə naziri Samir Şərifov “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təqdim edib.Nazir bildirib ki, cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Cari ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb."Ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb", - deyə o qeyd edib.O bildirib ki, bu dövrdə icmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb. İcmal büdcə cari ilin 5 ayı üçün 2 milyard 179 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 9 milyon manat profisit yaranıb.Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasına dair tapşırıqlar da verilib. Buna uyğun olaraq 2022-ci ilin dövlət və icmal büdcələrində dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.Diqqətə çatdırılıb ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat, kəsirin 43 milyon manat artımı, təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik 561 milyon manat hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəlməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial-müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.Qeyd olunub ki, 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur. Bu da ilin sonuna gözlənilən Ümumi Daxili Məhsulun 2,7 faiz səviyyəsində olmaqla, təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz azdır.Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 35 milyard 541 milyon manata çatdırılacaq. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunub. Dəyişiklikdən sonra 1 milyard 120 milyon manat məbləğində profisitlə əvəzlənir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının əsas hədəfi artan gəlirlərin ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin həlli üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_105:0:1812:1280_1920x0_80_0_0_eb2ee793fc312eb86a567764057d4523.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
büdcə
Maliyyə naziri: Büdcə xərcləri 8,1 faiz artırılır
12:43 22.06.2022 (Yenilənib: 13:00 22.06.2022) 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının əsas hədəfi artan gəlirlərin prioritet dövlət vəzifələrinin həlli üçün əlavə maliyyə təminatının yaradılmasıdır
BAKI, 22 iyun - Sputnik. Parlamentdə maliyyə naziri Samir Şərifov “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklikləri təqdim edib.
Nazir bildirib ki, cari ilin ötən dövründə makroiqtisadi proqnozlar üzrə, o cümlədən dövlət və icmal büdcələrin icrası üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub. Cari ilin ilk 5 ayı ərzində ölkədə 50,9 milyard manat, o cümlədən qeyri-neft sektorunda 25 milyard manat dəyərində Ümumi Daxil Məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, qeyri-neft sektoru üzrə 11 faiz artıb.
"Ötən müddətdə dövlət büdcəsinin gəlirləri 12 milyard 442 milyon manat və ya 110,8 faiz icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 707 milyon manat və ya 28 faiz çoxdur. Büdcə gəlirlərinin 6 milyard 353 milyon manatı qeyri-neft sektorunun payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 592 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoz 895 milyon manat və ya 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə 344 milyon manat və ya 20 faiz çox daxilolma qeydə alınıb", - deyə o qeyd edib.
O bildirib ki, bu dövrdə icmal büdcənin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artıb. İcmal büdcə cari ilin 5 ayı üçün 2 milyard 179 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 milyard 9 milyon manat profisit yaranıb.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin, dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasına dair tapşırıqlar da verilib. Buna uyğun olaraq 2022-ci ilin dövlət və icmal büdcələrində dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.
Diqqətə çatdırılıb ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat, kəsirin 43 milyon manat artımı, təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik 561 milyon manat hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin bir sıra prioritet vəzifələrin maliyyə təminatına yönəlməsi nəzərdə tutulub. Belə ki, həmin vəsait işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması, ölkənin digər bölgələrində nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsinə, Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, ölkənin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin daha da artırılması ilə bağlı, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsinə, həmçinin sosial-müdafiə sahəsində, o cümlədən əmək pensiyaları üzrə maddi yardımın və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsinə, ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi və bir sıra digər xərclərin ödənilməsinə yönəldiləcək.
Bildirilib ki, yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Qeyd olunub ki, 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur. Bu da ilin sonuna gözlənilən Ümumi Daxili Məhsulun 2,7 faiz səviyyəsində olmaqla, təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz azdır.
Nəzərə çatdırılıb ki, yenidən baxılmaqla icmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 35 milyard 541 milyon manata çatdırılacaq. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunub. Dəyişiklikdən sonra 1 milyard 120 milyon manat məbləğində profisitlə əvəzlənir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.
Çıxışının sonunda nazir bildirib ki, 2022-ci ilin dövlət və icmal büdcələrinin yenidən baxılmasının əsas hədəfi artan gəlirlərin ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi prioritet dövlət vəzifələrinin həlli üçün əlavə maliyyə təminatının yaradılmasından ibarətdir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.