Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Leyləklərin Yevlaxda yaşadığı “göydələn”

Abunə olmaq
Aran bölgəsi fəsildən asılı olaraq müxtəlif növ quşların heyvanların yaşayış məskəni hesab edilir. Ərazidə bataqlıqlar, su hövzələri üstünlük təşkil etdiyindən irili, xırdalı quşlara tez-tez rast gəlinir.
Yevlax rayonu sərt iqlimə malik olmadığından bu rayonda canlıların sürü halda hərəkəti də müşahidə edilir.
Leyləklər bu rayon ərazisində ən çox yayılan quşlardandır. Onların özlərinə seçdiyi yerlər, orada qurduqarı yuvalar diqqət çəkir. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Aran qəsəbəsinin ərazisini, Qarabağ kanalının kənarını leyləklər özlərinə məkan seçiblər. Quşlar hazırda istifadə olunmayan yüksək gərginlikli dirəyin üzərində bir neçə mərtəbəli yuva hazırlayıblar.
Kənardan baxanların “göydələn” adlandırdığı məkanda 7 böyük və onlara məxsus balalar məskunlaşıb. Diqqət çəkən məqam həmin hündür elektirik dirəyinin ən yüksək hissəsində bir leyləyin həmin “göydələn”də yaşayanları qorumasıdır.
Leyləklər sakit və ehiyyatla hərəkət edən quşlardır. Onlar hər hansı təhlükə hiss etdikdə dimdiklərini şaqqıldtmaqla bir-birlərini xəbərdar edirlər. Leyləklər əsasən qurbağa, balıq, həşərat, qurdlar,kiçik quşlar və məməlilərlə qidalanırlar.
Xəbər lenti
0