Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Kurikulumlar nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir - DİM

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
M.Abbaszadə deyir ki, işaxtaranlar tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır
BAKI, 22 iyun — Sputnik. Ali məktəblərin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ali təhsil müəssisələri ilə əməkdaşlığa dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün əmək bazarında kifayət qədər vakansiya və işaxtaran olsa da, həmin yerlər tutulmur və insanlar işsiz qalır: "Bu da ondan irəli gəlir ki, həmin şəxslər tələbləri ödəmirlər və onların bacarıqları əsasən nəzəri biliklər əsasında formalaşır. Biz istəyirik ki, tələbələrimiz lazımi peşə bacarıqlarına da sahib olsunlar. Lakin ali təhsil müəssisələrindəki kurikulumlarımız nə yerli, nə də beynəlxalq kvalifikasiyalara uyğun gəlir".
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan, 1920, 19.06.2022
TƏHSİL
DİM dövlət qulluğuna və rezidenturaya qəbul imtahanları keçirir
Xəbər lenti
0