Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Komitə sədri büdcəyə yenidən baxılmanı zəruri edən səbəblərdən danışıb

© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
Büdcədə yeni imkanların yaranması müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək
BAKI, 22 iyun - Sputnik. Milli Məclisdə cari ilin büdcəsinə yenidən baxılır.
“Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yüksək artım tempi 2022-ci ilin ilk 5 ayında da davam edib: "Ötən 5 ay ərzində Azərbaycanda Ümumi Daxil Məhsulun (ÜDM) həcmi 50 milyard manatı, qeyri-neft sektorunda istehsalın həcmi isə 25 milyard manatı keçib. ÜDM artım tempi 7,2 faiz, qeyri-neft sektorunun artım tempi isə 11,2 faizi keçib. Bu rəqəmlər son 12 ilin ən yüksək rəqəmləridir".
Diqqətə çatdırılıb ki, ötən il dövlət büdcəsi qəbul edilən zaman neftin 1 barelinin qiyməti 50 ABŞ dolları nəzərə alınıb: "Bu ilin 5 ayı ərzində neftin qiyməti 106 ABŞ dolları həcmində olub. Bu ilin 5 ayı ərzində dövlət büdcəsi profisiti 2 milyard manata yaxın olub və bu da planlaşdırılan profisitdən 4 dəfə çoxdur. İcmal büdcənin profisiti 4 milyard manata yaxın olub və planlaşdırılan 2 milyarda yaxın kəsirdən dəfələrlə çoxdur. Bunu şərtləndirən bir çox amillər mövcuddur. Bunlardan biri odur ki, ilk dəfə olaraq bu ilin 5 ayı ərzində Azərbaycanın neft ixracından əldə etdiyi valyuta gəlirləri və qaz ixracından əldə etdiyi gəlirləri demək olar ki, bərabərləşdirilib. Bu müddət ərzində Dövlət Vergi Xidmətinin xətti ilə yığılmış vergilərin həcmi proqnozdan təxminən 2 milyard manata yaxın çox olub. Bütün bu göstəricilər dövlət büdcəsinə yenidən baxılmasını, yaranan əlavə gəlirlərin yenidən bölüşdürülməsini zəruri edir. İqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində nəzərdə tutulub".
Komitə sədri qeyd edib ki, bütövlükdə təqdim olunan layihə ölkə iqtisadiyyatının inkişaf dinamikasını özündə əks etdirir və əldə edilən gəlirlərin yenidən bölüşdürülməsinə, bu zaman dövlətin qarşıda duran əsas məsələlərin həllinə yönəldiləcək.
"Dövlət büdcəsində yeni imkanların yaranması müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək", - deyə o əlavə edib.
Xəbər lenti
0