https://sputnik.az/20220622/dm-sedri-oxuyub-yaza-bilmeyen-sagirdlerle-bagli-meseleye-munasibet-bildirib-443213712.html
DİM sədri oxuyub-yaza bilməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib
DİM sədri oxuyub-yaza bilməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib
Sputnik Azərbaycan
M.Abbaszadə deyir ki, oxuyub-yaza bilməyənlər arasında səhhətinə görə zəif olan uşaqlar da var 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T19:33+0400
2022-06-22T19:33+0400
2022-06-22T19:43+0400
dim
təhsil
məleykə abbaszadə
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_0:0:2000:1125_1920x0_80_0_0_abb2d610d4c63390e2a947b59bc352ad.jpg
BAKI, 22 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayında qeyd edilən IX sinfi bitirən 38 şagirdin oxuyub-yaza bilməməsi məsələsinə münasibət bildirib.Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, bu rəqəm ona görə qeyd edilir ki, ictimaiyyət hər bir şəxsin təhsil trayektoriyasını imtahan vasitəsilə izləməyin mümkün olduğunu bilsin: "Bu rəqəmlər müəyyən illərdə daha yüksək idi. Səbəbləri biz də bilirik ki, onların çoxu məktəbdən uzaqlaşan uşaqlardır. Biz jurnalda ümumi və tam orta təhsil səviyyələrini bitirməyənlərin sayını da vermişik"."Həmin uşaqları imtahan vaxtı yoxlaya bilməmişik, çünki onlar heç buraxılış imtahanına gəlib çata bilməyiblər. Oxuyub-yaza bilməyənlər arasında səhhətinə görə zəif olan uşaqlar da var. Onlar üçün rayonlarda, kəndlərdə inklüziv təhsil təşkil etmək çətindir. Bu baxımdan, mən təhsil nazirinin fikri ilə razıyam ki, bu məsələni şişirtmək lazım deyil. 700 səhifəlik jurnalda minlərlə məlumatdan yalnız bu məlumatı çıxarıb şişirtmək düzgün deyil", - deyə o açıqlamasında bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/89/415138979_254:0:1961:1280_1920x0_80_0_0_af15c7d098ea3f6860639d4f1f679698.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dim, məleykə abbaszadə
DİM sədri oxuyub-yaza bilməyən şagirdlərlə bağlı məsələyə münasibət bildirib
19:33 22.06.2022 (Yenilənib: 19:43 22.06.2022) M.Abbaszadə deyir ki, oxuyub-yaza bilməyənlər arasında səhhətinə görə zəif olan uşaqlar da var
BAKI, 22 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayında qeyd edilən IX sinfi bitirən 38 şagirdin oxuyub-yaza bilməməsi məsələsinə münasibət bildirib.
Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, bu rəqəm ona görə qeyd edilir ki, ictimaiyyət hər bir şəxsin təhsil trayektoriyasını imtahan vasitəsilə izləməyin mümkün olduğunu bilsin: "Bu rəqəmlər müəyyən illərdə daha yüksək idi. Səbəbləri biz də bilirik ki, onların çoxu məktəbdən uzaqlaşan uşaqlardır. Biz jurnalda ümumi və tam orta təhsil səviyyələrini bitirməyənlərin sayını da vermişik".
"Həmin uşaqları imtahan vaxtı yoxlaya bilməmişik, çünki onlar heç buraxılış imtahanına gəlib çata bilməyiblər. Oxuyub-yaza bilməyənlər arasında səhhətinə görə zəif olan uşaqlar da var. Onlar üçün rayonlarda, kəndlərdə inklüziv təhsil təşkil etmək çətindir. Bu baxımdan, mən təhsil nazirinin fikri ilə razıyam ki, bu məsələni şişirtmək lazım deyil. 700 səhifəlik jurnalda minlərlə məlumatdan yalnız bu məlumatı çıxarıb şişirtmək düzgün deyil", - deyə o açıqlamasında bildirib.