https://sputnik.az/20220622/boyuk-britaniyada-inflyasiya-40-ilin-en-yuksek-heddine-catib-443191332.html
Böyük Britaniyada inflyasiya 40 ilin ən yüksək həddinə çatıb
Böyük Britaniyada inflyasiya 40 ilin ən yüksək həddinə çatıb
Sputnik Azərbaycan
Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında bildirilib ki, apreldə istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 9% artıb. 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T23:05+0400
2022-06-22T23:05+0400
2022-06-22T23:05+0400
britaniya
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_0:65:3409:1983_1920x0_80_0_0_faa09221463585c61450516ad6182bad.jpg
BAKI, 22 iyun — Sputnik. Böyük Britaniyada mayda inflyasiya illik ifadədə 9,1%-ə yüksəlib. Bu son 40 ilin ən yüksək göstəricisidir. TASS xəbər verir ki, bu məlumat Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı hesabatda qeyd olunub.Bildirilib ki, inflyasiya daha çox Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya sanksiyaları səbəbindən Avropada artan enerji böhranı fonunda ölkədə elektrik enerjisi qiymətinin yuxarı həddinin artması və yanacağın qiymətinin artması ilə bağlı olub. Apreldə istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 9% artıb.İngiltərə Bankının son hesablamalarına görə, payızda ölkədə inflyasiyanın səviyyəsi 11%-ə yüksələcək. Mart ayında Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarında ən böyük enişlə üzləşmək riski barədə xəbərdarlıq edən hesabat yayıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/19/423971996_339:0:3070:2048_1920x0_80_0_0_06baa4bb28e68eec9e285b718e2a32ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
britaniya
Böyük Britaniyada inflyasiya 40 ilin ən yüksək həddinə çatıb
Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında bildirilib ki, apreldə istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 9% artıb.
BAKI, 22 iyun — Sputnik. Böyük Britaniyada mayda inflyasiya illik ifadədə 9,1%-ə yüksəlib. Bu son 40 ilin ən yüksək göstəricisidir. TASS xəbər verir ki, bu məlumat Böyük Britaniyanın Milli Statistika İdarəsinin açıqladığı hesabatda qeyd olunub.
Bildirilib ki, inflyasiya daha çox Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya sanksiyaları səbəbindən Avropada artan enerji böhranı fonunda ölkədə elektrik enerjisi qiymətinin yuxarı həddinin artması və yanacağın qiymətinin artması ilə bağlı olub. Apreldə istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə 9% artıb.
İngiltərə Bankının son hesablamalarına görə, payızda ölkədə inflyasiyanın səviyyəsi 11%-ə yüksələcək. Mart ayında Londonda yerləşən İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən bəri həyat standartlarında ən böyük enişlə üzləşmək riski barədə xəbərdarlıq edən hesabat yayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.