CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu il yüzdən çox uşaq övladlığa verilib

© AFP 2024 / MOHAMMED ABEDAilə
Ailə - Sputnik Azərbaycan, 1920, 22.06.2022
Abunə olmaq
2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib
BAKI, 22 iyun — Sputnik. Prezident İlham Əliyevin Fərmanına uyğun olaraq 2019-cu il noyabrın 1-dən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bununla əlaqədar "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılıb, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin edilib.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yaradılan altsisteminə övladlığagötürmə ilə əlaqədar 2020-ci ildə 157, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.
Ümumilikdə indiyədək altsisteminə 691 müraciət daxil olub.
2019-cu ilin noyabrın 1-dən sonra 254 uşaq, o cümlədən 131 oğlan, 123 qız övladlığa götürülüb. Bu ilin ötən dövrü ərzində 106 uşaq övladlığa verilib.
Onu da qeyd edək ki, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib.
Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət bu ilin əvvəlindən 25 faiz artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0