https://sputnik.az/20220622/azerbaycan-nefti-yeniden-bahalasib-443190657.html
Azərbaycan nefti yenidən bahalaşıb
Azərbaycan nefti yenidən bahalaşıb
Sputnik Azərbaycan
"Azeri Light" (CIF) markalı neftin qiyməti yenidən artıb 22.06.2022, Sputnik Azərbaycan
2022-06-22T12:07+0400
2022-06-22T12:07+0400
2022-06-22T12:07+0400
neft
neft-qaz
qiymət
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142519_0:160:3072:1888_1920x0_80_0_0_eece1243b01712e5b841a6da982934a3.jpg
BAKI, 22 iyun — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 ABŞ dolları və ya 0,72% artaraq, 121,73 dollar təşkil edib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.Qeyd edək ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb.Bununla bağlı məsələ "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" yenilənmiş qanun layihəsində öz əksini tapıb.Sənədə əsasən, bu ilin 5 ayında "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.Bu ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və əmtəə bazarlarının dinamikası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.Qeyd edək ki, əvvəlki qanun layihəsində neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.Xatırladaq ki, bu gün dünya birjalarında neft qiymətləri bahalaşıb.London birjasında "Brent" markalı neftin qiyməti 0,56 dollar artaraq 113,68 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,02 dollar bahalaşaraq 109,58 dollar olub.Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 128 dollara yaxın olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,21 dollar və ya 0,94% azdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142519_171:0:2902:2048_1920x0_80_0_0_68e7fc98fd24fa39691eadd6b979747e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, qiymət, neft qiymətləri
neft, qiymət, neft qiymətləri
Azərbaycan nefti yenidən bahalaşıb
"Azeri Light" (CIF) markalı neftin qiyməti yenidən artıb
BAKI, 22 iyun — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 ABŞ dolları və ya 0,72% artaraq, 121,73 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Qeyd edək ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb.
Bununla bağlı məsələ "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında" yenilənmiş qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu ilin 5 ayında "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.
Bu ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və əmtəə bazarlarının dinamikası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.
Qeyd edək ki, əvvəlki qanun layihəsində neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.
Xatırladaq ki, bu gün dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,56 dollar artaraq 113,68 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,02 dollar bahalaşaraq 109,58 dollar olub.
Ötən həftə "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 128 dollara yaxın olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,21 dollar və ya 0,94% azdır.