CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdəki tələbələr evlərinə gələ bilmir - Bəs o "yaşıl kart"dan bizdə niyə yoxdur?

© BRUCE BENNETT / Getty Images via AFPAZAL-ın sərnişin təyyarəsi, arxiv şəkli
AZAL-ın sərnişin təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
Jurnalist bildriri ki, Gürcüstan tərəfi "Qırmızı Körpü"dən Sarpi məntəqəsinə qısa yol çəkib. Yollar açıq olsa, Qazaxdan 3-4 saata Türkiyəyə çatmaq mümkündür.
BAKI, 21 iyun — Sputnik. Tədris ilinin başa çatması ilə bağlı xaricdə təhsil alan azərbaycanlı tələbələr ölkəmizə qayıtmalıdırlar. Amma tələbələrin əksəriyyəti aviabiletlərin qiyməti baha olduğundan evlərinə gələ bilmirlər.
Jurnalist-bloqer Aygün Muradxanlı sosial şəbəkə hesabında quru sərhədlərin bağlı olmasının azərbaycanlı tələbələrin evlərinə geri dönməsinə ciddi problem yaratdığından şikayətlənib.
O, bildirib ki, hazırda Azərbaycandan Türkiyədə 20 minə yaxın tələbə təhsil alır. Onun sözlərinə görə, tələbələrin təhsil xərcləri də bütünlüklə ailələrinin üzərindədir:
"İndi imtahan dövrüdür, 5-10 günə gənclərin çoxu Azərbaycana qayıtmalıdır. Quru yol bilinməyən səbəblərdən bağlıdır. İstanbul və Ankaradan Bakıya təyyarə biletlərinin qiyməti 2 həftə əvvəldən almaq şərti ilə 400-500, yaxın tarixlər üçün isə 600 manatdır. Bu, bir tərəfə uçuş qiymətidir".
© Photo : Courtesy of Aygun MuradxanlıAygün Muradxanlı
Aygün Muradxanlı - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Aygün Muradxanlı
Jurnalist qeyd edib ki, Gürcüstan tərəfi "Qırmızı Körpü"dən Sarpi məntəqəsinə qısa yol çəkib. Çin şirkətləri artıq 4-6 zolaqlı yeni yolun tikintisini bitiriblər. Beləliklə, yollar açıq olsa, Qazaxdan 3-4 saata Türkiyəyə çatmaq mümkündür:

"Azərbaycan quru sərhədlərini açsa, bu yol bilirsiz nə qədər insana rifah olar? Avtobus reysləri ilə 50-60 dollara nə qədər tələbə üçün evə dönmək fürsəti yaranar? Gürcüstan dünyanın dörd bir yanından gələn turistlərlə qaynayır... Kutaisi hava limanından Avropaya bilet 35-50 avrodur. O qədər reys var… Hara istəsən uç, hardan istəsən uç, Gürcüstana gəl".

A.Muradxanlı əlavə edib ki, aviabiletlərin bahalığı ucbatından tələbələr Azərbaycana qayıda bilmirlər. Onu da bildirək ki, hazırda bloqerin iki övladı xaricdə təhsil alır.
Azərbaycanlı tələbələr hələ də bu problemi yaşasa da, dünyanın əksər ölkələrində təhsil alan tələbələrə nəqliyyat xərclərində güzəşt edilir.
Mövcud problemin aradan qaldırılması üçün dünyada tələbələr üçün "yaşıl kart"lar tətbiq edilir. Tələbələrə il ərzində ən azı iki dəfə endirimli qiymətlərlə hava nəqliyyatından istifadə etmək şəraiti yaradılır. Yaşıl kart vasitəsilə xaricdə təhsil alan tələbələrinə – istər yerüstü, istər hava nəqliyyatından – güzəştli şərtlərlə istifadə etməsinə imkanı yaradılır.
Milli Məclisin Təhsil komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələrə aviabiletlərdə güzəştin olması vacibdir:
"Biz hamımız bilirik ki, aviabiletlər çox bahadır. Elə tələbələr var ki, bilet pulu baha olduğu üçün yay tətili müddətində Azərbaycana gəlib valideynlərinə baş çəkə bilmirlər. Elə oxuduqları ölkədə çoxu qalıb işləyir. Ona görə də tələbələrə ciddi güzəştlər olmalıdır. Dünyanın hər yerində tələbələrə güzəştlər paketi verilir. Universitetlərdə dərsliyin sürətçıxartmasından tutmuş yataqxana xərclərinə qədər güzəştlər edilir ki, maddi sıxıntı tələbənin təhsil almasına mane olmasın. Bu cür mexanizmlər Azərbaycanda da olmalıdır".
© Sputnik / Anar MustafayevEtibar Əliyev
Эксперт в области образования Этибар Алиев - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Etibar Əliyev
Deputat deyir ki, xaricdə təhsil alan tələbələrin sosial qrupları fərqlidir:

"Onların əksəriyyəti kasıb uşaqlarıdır. Valideynlər ölkəmizdə təhsilə çox xərc çəkirlər. Ona görə də tələbələrə güzəşt paketi olmalıdır ki, tələbələr bütün diqqətlərini sosial qayğılara yox, təhsilə yönəltsinlər".

Təhsil eksperti İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələr üçün müəyyən güzəştlərin edilməsi vacibdir.
© Sputnik / Murad Orujovİlqar Orucov
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 21.06.2022
İlqar Orucov
Onun sözlərinə görə, artıq dünyanın sivil ölkələrində tələbələrə yol xərcində güzəştlər tətbiq edilir:
"Azərbaycanın hava daşımalarında yalnız bir aviaşirkət və onun törəmə şirkətləri iştirak edir. Bu isə aviabiletlərin baha olmasına gətirib çıxarır. Türk Hava Yolları tələbələrə uçuş qiymətlərində endirim edir. Bu güzəştlər AZAL da da tətbiq edilməlidir. Çünki, tələbələr təhsil aldıqları ölkələrə hava yolu ilə gedib-gəlirlər. Bu gün dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin yol xərcini dövlət ödəyir. Amma bütün tələbələr xaricdə dövlət proqramı ilə təhsil almır. Dünyanın bütün ölkələrində tələlərə "yaşıl kart"lar vasitəsilə güzəştlər edilir. Bu tələbələrin təhsilə əlçatanlığını da təmin edir".
Qeyd edək ki, hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır ki, onların da 22 minə qədəri Türkiyənin payına düşür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0