https://sputnik.az/20220621/pandemiya-qadagalari-legv-olunmalidir---deputat-443159872.html
Pandemiya qadağaları ləğv olunmalıdır - Deputat
Pandemiya qadağaları ləğv olunmalıdır - Deputat
Sputnik Azərbaycan
Həkimlər Birliyinin sədri isə bildirir ki, PCR testi tələbinin ləğvi ölkəmizə koronavirus xəstələrinin gəlmə riskini artıra bilər. 21.06.2022, Sputnik Azərbaycan
2022-06-21T17:06+0400
2022-06-21T17:06+0400
2022-06-21T17:07+0400
deputat
cəmiyyət
pandemiya
qadağa
https://cdnn1.img.sputnik.az/img/41248/56/412485621_0:0:1201:676_1920x0_80_0_0_c31a0951b91bff8d0d86cf0d788bc1c8.jpg
BAKI, 21 iyun — Sputnik. Dünən Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verdi. Bu gündən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edildi.İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi qüvvədən düşdü.Həmçinin, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ortadan qalxdı.Bununla belə, pandemiya dövründə qəbul edilmiş bir neçə qadağa hələ də ləğv edilməyib. Azərbaycana daxil olmaq üçün PCR testi tələbi bu gün də qüvvədədir.Eyni zamanda, iri ticarət mərkəzləri, mehmanxanalar, istirahət zonaları, restoranlar və digər ictimai yerlərin girişlərində COVID pasportlarının yoxlanılması davam edir. Azərbaycanın quru sərhədləri də bu günədək bağlı olaraq qalır.Bəs görəsən, mövcud pandemiya vəziyyəti nəzərə alınaraq bu qadağaların hansı ləğv edilə bilər?Deputat Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə qəbul edilmiş qaydaların hamısı ləğv olunmalıdır:Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm isə pandemiya dövründə qəbul edilmiş bəzi qadağaların saxlanılmasının zəruri olduğu qənaətindədir. O bildirir ki, turizm mövsümündə PCR testi olmasa, ölkəmizə koronavirus xəstələrinin gəlmə riski arta bilər:Ə.Rüstəm pandemiya qadağalarının tədricən ləğv edilməsinin daha düzgün qərar olduğunu söylədi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41248/56/412485621_86:0:1073:740_1920x0_80_0_0_5bb77a52d2796bc7691e1e33a6cbfed0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
deputat, pandemiya, qadağa
deputat, pandemiya, qadağa
Pandemiya qadağaları ləğv olunmalıdır - Deputat
17:06 21.06.2022 (Yenilənib: 17:07 21.06.2022) Həkimlər Birliyinin sədri isə bildirir ki, PCR testi tələbinin ləğvi ölkəmizə koronavirus xəstələrinin gəlmə riskini artıra bilər.
BAKI, 21 iyun — Sputnik. Dünən Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verdi. Bu gündən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edildi.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi qüvvədən düşdü.
Həmçinin, şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi ortadan qalxdı.
Bununla belə, pandemiya dövründə qəbul edilmiş bir neçə qadağa hələ də ləğv edilməyib. Azərbaycana daxil olmaq üçün PCR testi tələbi bu gün də qüvvədədir.
Eyni zamanda, iri ticarət mərkəzləri, mehmanxanalar, istirahət zonaları, restoranlar və digər ictimai yerlərin girişlərində COVID pasportlarının yoxlanılması davam edir. Azərbaycanın quru sərhədləri də bu günədək bağlı olaraq qalır.
Bəs görəsən, mövcud pandemiya vəziyyəti nəzərə alınaraq bu qadağaların hansı ləğv edilə bilər?
Deputat Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə qəbul edilmiş qaydaların hamısı ləğv olunmalıdır:
”Pandemiya başa çatıb. O dövrdə qəbul edilən qaydalar həmin vaxt üçün lazım idi. Hələ də o qaydaları qüvvədə saxlamağın heç bir mənası yoxdur. Quru sərhədlər açılmalıdır. Restoran və iri ticarət mərkəzlərində COVID pasportu tələb etməyin nə mənası var? Hamısını ləğv etsinlər”.
Azərbaycan Həkimlər Birliyinin sədri Ədalət Rüstəm isə pandemiya dövründə qəbul edilmiş bəzi qadağaların saxlanılmasının zəruri olduğu qənaətindədir. O bildirir ki, turizm mövsümündə PCR testi olmasa, ölkəmizə koronavirus xəstələrinin gəlmə riski arta bilər:
”Venesuelanın prezidenti Nikolas Maduronun heyətində Azərbaycana gəldikdə koronavirus aşkarlandı. PCR testi tələbi olmasa idi, bu çox sayda insanın ölkəmizdə virusa yoluxmasına səbəb olacaqdı”.
Ə.Rüstəm pandemiya qadağalarının tədricən ləğv edilməsinin daha düzgün qərar olduğunu söylədi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.