CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladını öldürən ana ətrafdakılara təhlükə yaradır və şantaja əl atır

Ana - Sputnik Azərbaycan, 1920, 21.06.2022
Abunə olmaq
K.Ağazadə: "Cəmiyyət üçün təhlükə hesab edən qadın niyə azadlıqda dolaşmalıdır?!"
BAKI, 21 iyun — Sputnik. Bir neçə gün öncə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iki yaş yarımlıq baxımsız vəziyyətdə qalan, anası tərəfindən psixotrop maddə verildiyi iddia edilən uşaqla bağlı sosial şəbəkə hesabındna paylaşım etmişdi. Elə həmin gün ana Maştağada yerləşən Ruhi Dispanserə yerləşdirildi. Lakin bir gün keçmədi ki, qadın oradan çıxaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağının qarşısına gələrək ordakıları öz şantajları ilə təhdid edib, hədələyib, övladının onlar tərəfindən oğurlandığını iddia edib.
Maraqlıdır, ruhi problemi olduğu iddia edilən ana necə dispanserdən qaça bilib?
K.Ağazadə deyir ki, bu məsələyə Səhiyyə Nazirliyi cavabdehdir, qurum ictiamiyyətə ətraflı məlumat verməlidir: "Qadın ruhi dispanserə yerləşdirildikdən bir gün sonra kiminsə tərəfindən xəstəxanadan çıxarılır. Buna əsas olaraq da onu deyirlər ki, məhkəmənin qərarı olmalıdır, ya da insan özü könüllü yerləşdirilməlidir. Əqli problemi olan, övladı və cəmiyyət üçün təhlükə hesab edilən birinin orada saxlanılması üçün məhkəmə qərarını gözləmək lazımdır?! Bunun üçün aylarla, illərlə gözləməyə dəyərmi?!".
"Qadın dünən sığınacağın qarşısında özünün də "şou proqram"ını göstərdi. Polis əməkdaşları da orada idi. Ona heç nə etməsək də, bizi şərləməyə çalışırdı. O azad dolaşırkən kimsə mənə zəmanət verə bilməz ki, həmin qadın ya bizə, ya da ki, övladına qarşı nəsə etməyəcək", - deyə K.Ağazadə əlavə edib.
K.Ağazadə uşağın oğurlanmadığını deyir: "Qonşuların da iddiasına görə, ana uşağaı psixotrop dərmanlar verirmiş. Uşağa qarşı şiddətin olduğunu onun davranışlarında da hiss edirik. Azyaşlı qorxu içindədir, heç kəsə ona yaxın gəlməyə icazə vermir".
O bildirir ki, qadının anası, qardaşı olduğunu iddia edən şəxslər də sığınacağa gəliblər. Lakin onlar qohumluq münasibətlərini təsdiqləyən hər hansı sənəd göstərməyiblər.
Abşeron Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədova ananın zorakılıqlarından danışıb, bildirib ki, iki yaş yarımlıq uşağı götürdükdə o süst olmuş, pis vəziyyətdə idi, bədəni temperaturdan yanırdı, heç ayaq üstdə dayan bilmirdi, acından barmaqlarını yeyirdi: "Uşağın üzünün damarları, bədəni partlaq-partlaq idi. Qonşulardan aldığımız məlumata görə, özünü Mələk olaraq təqdim edən 1984-cü il təvəllüdlü ana yüngül həyat tərzi keçirir, axşam doqquzdan sonra onu evdə tək qoyaraq gedir. Qonşular deyirdi ki, ana uşağı o qədər döyür ki, onun səsindən evdə otura bilmirik".
"Zorakılıq edildiyi idida edilən uşağı dərhal götüərək sığınacağa yerləşdirdik. Biz yalnız uşağa görə məsuliyyət daşıyırıq. Yəni, anaya görə biz məsuliyyət daşımırıq", - deyə o əlavə edib.
Ş.Məmmədova deyir ki, uşaq o qədər ac idi ki, o sığınacağa aparılarkən yol boyu ancaq yemək yeyib.
Ş.Məmmədovanın sözlərinə görə, bu uşaq qeyri-rəsmi münasibətdən olub, atalığı tanınmır: "Qonşuların sözlərinə görə ananın bundan öncə də bir övladı olub, onu pəncərədən aşağı ataraq öldürüb".
Respublika Psixiatriya Xəstəxanasından sorğuya cavab olaraq bildirilib ki, 1984 -cü il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Bəhrəmova Jalə Bəhrəm qızı 16.06.2022 -ci il tarixdə saat 17:25 radələrində təcili tibbi yardım vasitəsilə xəstəxanaya qəbul olunub.
Jalə Bəhrəmova qəbul olunarkən davranışı, psixi vəziyyəti və hansısa bir narkotik preparatların istifadəsi barədə heç bir rəsmi sənədlər (qonşuların ərizəsi, hüquq mühafizə orqanlarının rəsmi məktubu, xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsi haqqında məhkəmə qərarı) təqdim olunmayıb.
18.06.2022-ci il tarixdə qardaşının iştirakı ilə Jalə Bəhrəmova Həkim Məsləhət Komissiyasına təqdim olunub, şikayətləri dinlənilib, psixi vəziyyətinə uyğun olaraq ona müvafiq diaqnoz təyin olunub. Təyin olunmuş diaqnoz “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən xəstənin psixiatriya stasionarında qeyri-könüllü yerləşdirilməsinə əsas vermədiyi üçün Jalə Bəhrəmova 18.06.2022-ci il tarixdə saat 13:00 radələrində qardaşının müşayətilə evə yazılıb.
Xəbər lenti
0